525.Az

Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları bir arada


 

Azərbaycan, Türkmənistan və Türkiyə XİN başçıları bir arada<b style="color:red"></b>

Küveytdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində keçirilən görüşdə Elmar Məmmədyarov, Rəşid Meredov və Mövlüd Çavuşoğlu görüşün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyətini vurğulayıblar. 
 
Tərəflər həmçinin üçtərəfli əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıblar.

 





27.05.2015    çap et  çap et