525.Az

TQDK-dan müsabiqə


 

TQDK-dan müsabiqə <b style="color:red"></b>

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Milli Mətbuatının yaranmasının 140 illiyi münasibəti ilə KİV nümayəndələri arasında Komissiyanın fəaliyyətinə həsr olunmuş ən yaxşı məqalə və ən yaxşı televiziya süjeti müsabiqəsini keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsabiqə 2 nominasiya üzrə aparılır. “2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı məqalə” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli yazılara üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçiləri I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat məbləğində mükafatlandırılacaq.

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri iyulun 10-dək yazılı və ya elektron KİV-də dərc olunmuş (yerləşdirilmiş) məqaləsini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidir. Həmin məqalədə “müsabiqəyə təqdim olunur” yarımbaşlığı qoyulması əhəmiyyət daşımır.
 
“2015/2016-cı tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul kampaniyasının gedişinə dair ən yaxşı televiziya reportajı” nominasiyası üzrə qaliblərin müəyyənləşdirilməsi zamanı təhlil xarakterli süjetlərə üstünlük veriləcək. Bu nominasiya üzrə ilk 3 yerə layiq görüləcək KİV təmsilçiləri isə I yer - 1000 manat, II yer - 800 manat, III yer - 600 manat məbləğində mükafatlandırılacaq.

Bu nominasiya üzrə müsabiqədə iştirak etmək istəyən KİV nümayəndələri iyul ayının 10-dək televiziya və ya radioda yayımlanmış materialın video diskini TQDK-nın mətbuat xidmətinə təqdim etməlidirlər.

 





29.05.2015    çap et  çap et