525.Az

Azərbaycanın dövlət bayrağı Ottava meriyası önündə


 

Azərbaycanın dövlət bayrağı Ottava meriyası önündə <b style="color:red"></b>

Azərbaycanın Kanadadakı səfirliyi tərəfindən “28 May – Respublika günü” münasibətilə Kanadanın paytaxtı Ottava şəhərinin meriyası önündə Azərbaycanın Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.

Səfirlikdən APA-ya verilən xəbərə görə, tədbirdə Ottavada yaşayan Azərbaycan icması və Azərbaycanın Kanadadakı səfirliyinin əməkdaşları iştirak edib.
 
Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli iştirakçılar önündə çıxış edərək, Respublika gününün əhəmiyyətindən danışıb və Azərbaycanın dövlətçilik ənənələrini bərpa edən Azərbaycan Xalq Cümhuriyyətinin Müsəlman Şərqində ilk parlamentli respublika olduğunu və bir sıra qərb dövlətlərindən öncə qadınların seçki hüququnu tanıdığını vurğulayıb.

Həmçinin qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 70 il sonra müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə üzləşdiyi problemlərə baxmayaraq, ölkə rəhbərliyinin uğurlu siyasəti nəticəsində müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib.
 
Daha sonra Azərbaycanın Dövlət Himninin sədaları altında Azərbaycanın dövlət bayrağı meriya önündə ucaldılıb.

 





29.05.2015    çap et  çap et