525.Az

“Qərəzli hesabatlarla Azərbaycana təzyiq etmək mümkün deyil”


 

“Qərəzli hesabatlarla Azərbaycana təzyiq etmək mümkün deyil”<b style="color:red"></b>

“Freedom House” təşkilatının yaydığı son hesabatda Azərbaycanla bağlı məqamlar tamamilə qərəzlidir, qeyri-obyektivdir və məqsədli şəkildə yayılmış məlumatdır.Bu təşkilat və onun rəhbərliyində olan şəxslər müstəqil Azərbaycana və onun yürütdüyü siyasətə qarşı qara piar kampaniyasına qoşulub”.

525.az-ın məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP)  icra katibinin müavini, Milli Məclisin üzvü Mübariz Qurbanlı deyib.

“Freedom House”-un belə hesabatlarının birinci dəfə olmadığını xatırladan M.Qurbanlının  dediyinə görə, təşkilat hər il qərəzli məlumatlar yayır.
YAP rəsmisi bildirib ki, bu təşkilatın arxasında Azərbaycanla bağlı hadisələri qərəzli göstərmək istəyən dairələrin olduğunu görmək mümkündür: 

“Biz bu məsələ ilə bağlı dəfələrlə mövqeyimizi bildirmişik. Azərbaycan Cənubi Qafqaz regionunun lider dövlətidir, ölkəmiz böyük neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti tam müstəqil həyata keçirir və bizim xarici siyasətimizdəki mövqeyimiz ədalətə söykənir. Təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi kimlərinsə xoşuna gəlmir. Burada bir neçə amil var ki, onun başında erməni lobbisi dayanır. Erməni lobbisi nəyin bahasına olursa olsun, Azərbaycana qarşı qara piar kampaniyasına rəvac verir və bunu müxtəlif təşkilatlarda özünün nümayəndələrinin vasitəsilə həyata keçirməyə çalışır. Diqqət çəkən məqam odur “Freedom House” daha çox islam ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirir.

 İşğalçı, eyni zamanda öz vətəndaşlarına qarşı qəddarlıqlar törədən Ermənistanın Azərbaycandan üstün mövqedə göstərilməsi isə gülünc olmaqla yanaşı bu təşkilatın mahiyyətini bir daha ortaya qoyur”.


M.Qurbanlı daha sonra qeyd edib ki, hesabatda göstərilənlərin əksinə olaraq Azərbaycanda internet azadlığı, sərbəst toplaşmaq azadlığı tam mövcuddur, insan haqları yüksək səviyyədə təmin olunub: “Odur ki, əsassız iddialarla ölkəmizə qarşı təziyq etmək mümkün deyil”.

Kamil Həmzəoğlu

 





13.12.2012    çap et  çap et