525.Az

Gənc Tamaşaçılar Teatrından növbəti premyera: “Miras” - Fotoreportaj


 

Gənc Tamaşaçılar Teatrından növbəti premyera: “Miras” - <b style="color:red">Fotoreportaj</b>

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın son hazırlıq işləri gedir.

525.az-ın teatrın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, mayın 30-u və 31-də saat 19.00-da tamaşaçılara təqdim olunacaq yeni səhnə əsəri “Miras” adlanır.

Tanınmış yazıçı-dramaturq Hüseynbala Mirələmovun eyniadlı əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Bəhram Osmanov, rəssamı Sevinc Həsənova, rejissoru Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.

Səhnə əsərində əsas obrazları Əməkdar artistlər Rahib Əliyev, Şəfəq Əliyeva, Nəsibə Eldarova, Kəmalə Hüseynova, Qurban İsmayılov, Şövqi Hüseynov, aktyorlar Elşən Şirəliyev, Vüsal Mehrəliyev ifa edəcəklər.

Yeni səhnə əsərinin mövzusu bir ailə daxilində müxtəlif əqidəli insanların fikir ayrılığı, sovet quruluşunun bərpa edilməsi arzusu ilə yaşayan sabiq partiya işçisi və onun silahdaşları, digər tərəfdən firavan həyat naminə ölkəsini tərk edib getmiş gəncin acı taleyi və onun valideynlərinin övladlarına kömək etmək üçün yeganə ümid yeri olan yaşadıqları mənzilin satılmasında görüb, ev sahibi yaşlı atanı yola gətirməkdən bəhs olunur.

Hadisələr inkişaf etdikcə qəhrəmanların yanlış olduqları və özlərinin də gözləmədiyi xəbərlərlə rastlaşdıqları məlum olur.

 





29.05.2015    çap et  çap et