525.Az

Dollar ucuzlaşıb, avro bahalaşıb


 

Dollar ucuzlaşıb, avro bahalaşıb<b style="color:red"></b> Bu gün mayın 27-si ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ucuzlaşıb.
 
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) mayın 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04% ucuzlaşaraq 1,0494 manat olub.
 
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0075 manat və ya 0,66% bahalaşaraq 1,1498 manat olub.
 





29.05.2015    çap et  çap et