525.Az

Gürcüstanlı nazir müavini azərbaycanlı tələbələrlə görüşüb


 

Gürcüstanlı nazir müavini azərbaycanlı tələbələrlə görüşüb<b style="color:red"></b> Mayın 28-də Gürcüstanın Avropa və avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin birinci müavini Arçil Qaraulaşvilinin Marneulidə Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib.
 
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbir Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyinin təşəbbüsü və dəstəyi ilə baş tutub.

Tələbələrlə müxtəlif mövzuları müzakirə edən nazir müavini Gürcüstan vətəndaşlarının 2016-cı ildə Avropaya 90 gün ərzində vizasız gediş-gəliş əldə edəcəyini bildirib.
 
Barış və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri Zaur Darğallı APA-ya nazir və müxtəlif nazirliklərin rəsmilərinin yerli sakinlərlə görüşlərinin mütəmadi olaraq keçiriləcəyini deyib.
 





29.05.2015    çap et  çap et