525.Az

Gözəlliyi görməyi bacaran- esse-mozaika


 

Gözəlliyi görməyi bacaran- <b style="color:red">esse-mozaika</b>

Tanrının təbiətə bəxş etdiyi ən böyük nemət- İnsandır.

Onun təbəssümü, gülüşü, ünsiyyəti... Bütün bunlar yaddaşa hoparaq bir başqa insanda yaşayır. Zaman yaddaşında, məkan yaddaşında, rəng yaddaşında, ətir yaddaşında, söz yaddaşında...

İnsanın həyatının pillələrində ilk görüb sevdiyi, öyrəndiyi valideynləridir, sonra müəllimləri...

Səadət xanımın söhbətlərindən:

“...Atamın sədəfli tarı vardı. Özü düzəltmişdi onu. Gözəl çalırdı, xüsusi ilə muğamlarımızı. Ümumiyyətlə, hər şeydə gözəlliyi görməyi bacarırdı. Memar idi. İşinə olduqca məsuliyyətlə yanaşırdı. Tez-tez onu xatırlayıram...   

Məktəb yaşlarından musiqi ilə paralel, təsviri incəsənəti mütaliəni çox sevirdim. Oxuduğum kitablara illüstrasiyalar edirdim...”

Ailədəki ab-havanı özündə yaşadırsan, hər yaşda başqa cür... Müəllimləri elə. Öz davranışı, hərəkətləri, sözləri, mövqeləri ilə sənə həyat pillələrini qalxmağa yol göstərən nurlu insanları da.

“...Onların xatirəsi mənim üçün olduqca əzizdir. Məmməd Saleh müəllim, Xanlar müəllim, Solmaz xanım, İzabella Vladimirovna, Ella Markovna, Vaja Aleksandroviç... Musiqişünas alim nəzəriyyəçilər- M.S.İsmaylov, X.Məlikov, S.Qasımova, İ.V.Abezqauz, E.M.Nikomarova, V.A.Qvaxariya.

Hər birinə minnətdaram. Məndə musiqiyə musiqişünaslığa olan marağa, sevgi qığılcımına inanaraq onu inkişaf etdirmışdilər. Tələbəlik, aspiranturada oxuduğum illər gözümün önündən lent kimi keçir çox əziz olan məqamlar yada düşür...”

Gənc musiqişünaslara daha çox işlənməmiş, yeni mövzulara müraciət etməyi tövsiyə edərək hər zaman bir məqamı vurğulayır: “Üzeyir bəyin sözlərini, fikirlərini oxuyarkən onlarıgörməyi bacarın”.

Onun təmkinlə dinləmək bacarığı, sevdiyi işi sevdirməsi özü bir istedad deyilmi?

Səadət xanımın müdiri olduğuMusiqi nəzəriyyəsikafedrasındakı fəaliyyəti, bir peşəkar musiqişünas alim kimi gələcəyin mütəxəsisləriniyetişdirməsi işiöz tədqiqatlarınınzərrəciklərinindavamıdır. Gənc tədqiqatçıların araşdırdığı elmi işləri arasındaAzərbaycan simli alətlərinin yaranma, inkişaf miqrasiyası”, “Türk xalqlarının mahnılarında intonasiya əlaqələri”, “Türkdilli xalqların əhatəsində islam dini oxumalarının formalaşması”, “Qafqaz Albaniyasının musiqi mədəniyyəti”, “Azərbaycan musiqisində harmoniyanın yaranma inkişafı”, “Antik musiqi təfəkkürü Azərbaycan ladları”, Azərbaycan bəstəkar yaradıcılığında caz hamoniyası”. Bu siyahının davamı var... 

Səadət xanımın aspirant dissertanları artıq müstəqil yola qədəm qoyaraqöz sözünü deyənmütəxəssislərdir.

lll

Aslan Məmmədov. Sənətşünaslıq namizədi, dosent.

“... Elmi cümlə nədir?-Bir çox anlamı var. Ümumiləşdirsək, təqribi belə olar- elmi dəyəri olsun, sadə, amma oxuyanda hamı başa düşsün fikrini!”- Bu, gələcək elmi rəhbərim Səadət xanımın hələ tələbə ikən aldığım ilk hər zaman, az qala hər yazdığım cümlədə qabaqcadan qulaqlarımda eşitdiyim sevimli professorun elm sahəsində verdiyi ilk dərs idi.       

Biz hər zaman kəşf etdiyimiz, araşdırmalar apardığımız, uğur tapacağımız sahələrin predmetini çalışırıq təbiətdə axtaraq. Niyə? Çünki yaradıcı odur. Amma burada da dekorativ ağaclarla yanaşı, bar verən, nəsil artıran, xeyir-bərəkət rəmzinə çevrilənlər var- Səadət xanım kimi.

Bizim günəş sistemindəki səyyarələrin hər biri sirr-müəmma dolu qanunauyğunluqlarla bərabər, bir-birilərinə qarşılıqlı münasibət bəsləyə-bəsləyə özlərinin dünyəvi dolanmalarını etməkdədirlər. Mən onları Səadət xanımın yetirmələri kimi görürəm. Sirrlərlə dolu olan kainatda saysız-hesabsız sistemlərin olmasına baxmayaraq, onlar da bizim kimi öz günəşlərinin başına dolanmaqdadır. Bizsə ancaq öz günəşimizi görür onun başına dolanırıq.

Aliyə Məmmədova. Bəstəkar, baş müəllim.

O, gözəl insan, istedadlı alim, bir çox mənəvi keyfiyyətləri ilə həmkarları arasında seçilən kafedra rəhbəridir. Onun qayğıkeş təbiəti, yaxınlarına isti münasibəti, hər bir işə təmkinlə yanaşması bizim üçün bir örnək, bir məktəbdir. Elmi rəhbərim kimi verdiyi dəyərli məsləhətlər qarşıya qoyulmuş problemin açılmasında bir tərəfdən uzun illərin təcrübəsinin nəticəsidirsə, digər tərəfdən bu, təbiətdən gələn, hər mövzuya dərindən yanaşma məharətindən irəli gəlir.

Turan Məmmədəliyeva. Sənətşünaslıq namizədi, dosent.

Örnək bir insan, gözəl rəhbər gözəl müəllim- bunların hamısını özündə birləşdirmək qoruyub saxlamaq böyük məsuliyyət tələb edir.

Dilbər Məmmədova. Sənətşünaslıq namizədi, baş müəllim.

O, mənim üçün hər zamansirrolaraq qalır. Musiqişünaslıq sənətinə yiyələnməkd yeni pillələriqalxmağayönəldən, bir mütəxəssis, maraqlı həmsöhbət olmaqla bərabər, mənim üçün çox doğmadır. Elə bilirəm onun üçün tələbə, aspirant, dissertantlarla bərabər, müdiri olduğunəzəriyyə kafedrasının hər bir üzvü doğmadır. İnsanlara olan təmənnasız məhəbbət sülh yaratmaq bacarığı onun həyat fəlsəfəsidir. Bir ondan öyrəndiyim bir xüsusiyyəti- söylədiyi elmi mülahizələrdə lazimlı, vacib olan fikri vurğulayıb qabardaraq çatdırmaq bacarığıdır. İstər kafedrada, istər konfranslarda, istər evdə tələbələri, kolleqaları, doğmaları ilə ünsiyyətdə hər zaman bütün ona xas olan keyfiyyətləri ilə bərabər,-dünyada əmin-amanlıq olsun!- anlamı  Səadət xanımın ob-razının tam  xarakterizə edir.

Alyona İnyakina. Sənətşünaslıq üzrə fəlsəfə doktoru.

Səadət xanım çoxşaxəli bir insandır.Bir alim kimi yüksək peşəkarlığı, Azərbaycan musiqişünaslığındakı nailiyyətləri hamıya məlumdur. Hələ sovet dönəmində ateist baxşların tüğyan etdiyi bir vaxtda Azərbay-can musiqişünaslığında yeni, işlənməmiş sahə- dini musiqinin araşdırıl-ması bir tədqiqatçı bir vətəndaş kimi onun prinsipiallığının, mövqeyinin göstəricisi idi.

lll

Elmira Pənahova. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim.

O, qayğıkeş, təvazökar, incə qəlbli, səmimi, yüksək mədəniyyətə, intellektə malik, sözün əsil mənasında şəxsiyyətdir. Məhz bu cəhətər onun yaxşı ailə başçısı, kafedra müdiri, alim, mütəxəssis kimi onu tanıyan hər birinin qəlbində yer tapmasına səbəb olur.

Mənim üçün doğma olan bir insandı- Səadət xanım!  Peşəkar musiqişünas alim, istedadlı təşkilatçı, həssas pedaqoq, gözəl ailə başçısı.

Musiqi Akademiyamızın 217-ci otağı. Buranın özünəməxsus ab-havası var. “Musiqi nəzəriyyəsikafedrasında istər tədris işilə, istərsə elmi-metodiki işlərlə bağlı məsələlərdə kollektivdə bir ailə atmosferi olur, peşəkar, təcrübəli pedaqoqlarla gənc nəsil nümayəndələri arasında hər zaman hörmət, “böyük-kiçikmünasibətləri, “ənənələrin qorunmasısaxlanılır. Bu yaradıcılıq mühiti böyük əməyin, sevginin nəticəsində yaranır tənzimlənir.

Mövlanə Ruminin bir kəlamını xatırlayım: ”Bu dünyaya bölməyə, ayırmağa gəlmədik biz. Bölünəni birləşdirməyə, qırılanı düzəltməyə gəldik.” Səadət xanım da gözəlliyi görməyi bacaranlardandır.

Tanrı qorusun sizi!

 





13.12.2012    çap et  çap et