525.Az

Bir qrup jurnalist İrana səfər edib


 

Bir qrup jurnalist İrana səfər edib<b style="color:red"></b> Bu gün bir qrup Azərbaycan media nümayəndələrinin İrana növbəti səfəri başlayıb.

İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, səfər bu dəfə İranın Kiş adasına təşkil olunub.
 
Media nümayəndələrinin səfərinin məqsədi İranla daha yaxından tanış olmaq, iki ölkə arasında əməkdaşlığın gücləndirmək, turizm məkanlarının və Kiş adasının iqtisadiyyatının geniş potensialını tanıtmaqdır.
 
Kiş adası İranın birinci azad ticarət və sənaye zonasıdır. Ölkənin ən mühüm turizm zonalarından biri hesab olunur.
 
İrana səfər edən heyətin tərkibində APA-nın əməkdaşı da var.
 





29.05.2015    çap et  çap et