525.Az

“I Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”


 

“I Avropa Oyunlarına radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazırdır”<b style="color:red"></b>

“Bu gün biz bütün telekommunikasiya kompleks sistemlərinin hamısının yoxlanılması mərhələsindəyik. Artıq ölkəmizdə keçiriləcək I Avropa Oyunları zamanı ölkədə radiotexniki vəziyyətə nəzarət sisteminin monitorinqini keçirdik”.
 
“APA-Economics” xəbər verir ki, bunu rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.
 
Nazir I Avropa Oyunları zamanı radiotexniki sistemlərin texniki sistemlər arasında mühüm yer tutmasını vurğulayıb.
 
“Azərbaycanda simsiz texnologiyaların inkişafı radiotexniki sistemin üzərinə böyük yük qoyub. I Avropa Oyunları isə bu yükü 2-3 qat artıracaq. Təxminən 10 mindən çox radiotexniki avadanlıqlar, sistemlər, individual sistemlər əlavə olunacaq. Buna görə də bu sistemlərin dayanıqlı işləməsi vacibdir”, - deyə Ə.Abbasov bildirib.
 
Nazir I Avropa Oyunları zamanı bir çox avtomobillərdə mobil, portativ stansiyaların qurulduğunu, proqram təminatının istifadəyə verildiyini bildirib və əlavə edib ki, oyunlar ərəfəsində bütün bu hazırlıq vəziyyəti yoxlanılır.

“Artıq sınaqlara başlanılıb. Oyunlar zamanı hər şey qaydasında olacaq. Bu istiqamətdə bizim heç bir problemimiz olmayacaq. Oyunların normal keçirilməsi, onlara radiotexniki xidmətin verilməsi üçün sistemlər tam hazır vəziyyətdədir”, - deyə nazir vurğulayıb.

 





29.05.2015    çap et  çap et