525.Az

Ançelottidən "Milan" açıqlaması


 

Ançelottidən "Milan" açıqlaması<b style="color:red"></b>

"Real"dan ayrılan Karlo Ançelotti yeni mövsümdən sabiq komandası "Milan"ı çalışdıra bilər.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə təcrübəli mütəxəssisin özü açıqlama verib.

Daha öncə əməliyyat olunacağı səbəbindən bir il istirahət edəcəyini açıqlayan Ançelotti "Milan"ı çalışdıra biləcəyini deyib:

"Qalliani ilə görüşdüm. Onunla hər zaman yaxşı münasibətim olub. Bəli, karyerama bir il fasilə verəcəyimi açıqlamışdım. Hələ ki, yeni mövsümdə işləyib-işləməyəcəyimi bilmirəm. Yaxın zamanda bunu hər kəs öyrənəcək. Son qərarımı iyunun 3-də verəcəm".

Qeyd edək ki, Ançelotti 2001-2009-cu illərdə "Milan"ı çalışdırıb.

 





29.05.2015    çap et  çap et