525.Az

“Vətən səsi”nə qarışmış səs


 

“Vətən səsi”nə qarışmış səs <b style="color:red"></b>

Əbülfət MƏDƏTOĞLU

 

 

Neçə vaxtdır götür-qoy edirəm. Çünki yazmaq istədiyim bu fikirlər mənim dünyamdan gəlsə , qarşı tərəfi duyğulandırmalıdır. Ona görə çox fikirləşmək, hətta xəyallara da dalmaq zorunda qalıram. Bu da təsadüfi deyil. Barəsində yazmaq niyyətində olduğum insan da söz adamıdır. Necə deyərlər, sözün içərisində yaşayır, sözlə nəfəs alır, çörəyini qələmlə çıxarır. Özü bu işi həyat amalına çevirib...

 

...Ha fikirləşirəm yadıma sala bilmirəm. Daha doğrusu, dəqiqləşdirməyə gücüm çatmır. Əslinə qalanda dəqiqləşdirmək istədiyim çox sadə bir sualın cavabıdır. Bu cavab yəqin ki, məndən yaşca böyüklərə bəllidir. Amma onlardan soruşmaq istəmirəm, əziyyətlərinə qıymıram, yaddaşlarını oyatmağa, yaralarının qabığını qoparmağa ürəyim gəlmir. Odur ki, cavabını axtardığım sualı içimdə təkrarlayıram:

 

Görəsən, 60 il bundan öncə, daha doğrusu, 60 il bundan öncəki tarixi yazını siz oxuduğunuz gün hava necə olub? Qar-çovğun idimi? Yağışmı yağırdı? Günəşmi boylanırdı? Ümumiyyətlə, 60 il bundan öncə, dekabr ayının 17- indi həsrətlə baxdığımız, ağrısını canımızdan çıxara bilmədiyimiz Qərbi Azərbaycanda görəsən hava necə olub? Qar-sazaqmı? Çovğunmu, boranmı qopub? Günəşmi gülümsəyib? Yağışmı yağıb? Bilirsiniz bu sual məni niyə narahat edir? Həmin o 60 il öncəki havanın damarına düşmək istəyirəm. Ritmini tutmaq o hava üstündə köklənmək keçir könlümdən. Amma alınmır ki, alınmır. Çünki indi Bakıda elə bir alaşıq-dolaşıq, elə bir qarmaqarışıq hava var ki, heç adını baş sındırsan da tapa bilməzsən. Bəziləri deyir kasıbın havasıdır, bəziləri deyir imkanlıların. Amma mənə elə gəlir ki, bu hava elə Allahın havasıdır. Biz Allahın bəndələri kimi bu havanın içində yaşayırıq...

 

Onu qiyabi tanıyırdım. Yazılarına rast gəlmişdim, imzasını görmüşdüm. Özü 90- illərin əvvəllərində. O vaxtlar ağrılı-acılı yazılar daha çox yazılırdı. Dərdimiz təzə-təzə alovlandığından həmin o yazılar bizi özünə çəkirdi. Mən o dərdin içində yaşayan, ondan çıxıb gələn bir Allah bəndəsi kimi dərdimin o biri üzünü yazan bu insanı həvəslə oxuyurdum, təsəlli tapırdım. Ya da hansısa bir məqamda onun dərdimi bu formada açıb-ağartmasına daxilən etiraz edirdim. Təbii ki, bu mənim oxucu haqqım idi mənim bu oxucu haqqımdan onun xəbəri yox idi. Mənə elə gəlir ki, hətta xəbəri olsa da heç deyə bilməyəcəyik. Çünki o yazırdı, mən oxuyurdum. Dərdi yarı bölürdük, birimiz yazar kimi, birimiz oxucu kimi. Onun yazılarıVətən səsiqəzetində çap olunurdu vətənin səsi öz oxucu auditoriyasına görə, məhdud görünsə , dairədə səslənsə , amma özünü eşitdirə bilirdi.

 

Sonra imzasını tanıdığım həmkarımla görüşdük. Ortaq dostlarımızın saldığı dostluq körpüsündən gediş-gəlişlərimiz başladı. Bəlli oldu ki, sən demə, o da məni oxuyurmuş, o da mənim düşündüklərimi, yaşadıqlarımı eyni ilə qəlbimdən keçirirmiş. Axır ki, bu düşüncələr, bu duyğular üz-üzə gəldi, biz onları bölüşməyə başladıq. Artıq onda Rafiq müəllimVətən səsiqəzetinin redaktoru idi. Amma həmin bəlli tarixə qədər o, müəyyən bir missiyanın daşıyıcısı, müəyyən bir zaman kəsiyinin ortağı olmuşdu. Elə həmin o zaman kəsiyi 60 il bundan öncəki dekabr gününə təsadüf edir.

 

Mən fəhmlə təxmin edirəm ki, həmin gün Qərbi Azərbaycanın Ağbulaq kəndində  hava qarlı-çovğunlu olub. Amma bu qar, bu çovğuna baxmayaraq, kəndin sayılıb-seçilən insanlarından olan məktəb direktoru Ocaqqulu müəllimin evində əməlli-başlı bir yaz havası yaşanırdı. Sifətlər işığa bürünmüşdü, gözlər od saçırdı. Çünki üç bacının qardaşı gəlmişdi dünyaya... üç qızın ardınca oğul payı sevincini yaşayan bu ailə heç ağlına da gətirmirdi ki, bu oğlanın dünyaya gəlişi ilə onların həyatında nələr dəyişəcək bütövlükdə bu ailənin övlad sevincləri necə artacaq. Belə oldu. Üç qız, bir oğuldan sonra ailəyə üç oğul, bir qız da təşrif buyurdu. İndi bu evdə dörd bacı, dörd qardaş yaşayırdı. Sevincin şadyanalığı, çoşğusu bir eldən bir nəsilə, bir nəsildən bir kəndə qanadlandı. Məclis düzəldi. Bu qarlı-çovğunlu havanı qaldırılan badələr, səslənən xeyir-dualar əməlli-başlı isitdi. ...

 

Rafiq Fərəcov ali təhsilini başa vurub doğulduğu kəndə qayıtdı. O, ixtisasca filoloq olsa da, jurnalistikaya olan sevgisi onu məktəbə getməkdən daşındırdı tərəddüd etmədən Qərbi Azərbaycanın Krasnoselski rayonunda çıxanDostluqqəzetində əmək fəaliyyətinə başladı. Onda qəzetin baş redaktoru şair Eldar İsmayıl idi. Rafiqin ilk yazıları qəzetin səhifəsində göründükcə, onu yazmaq, araşdırmaq həvəsi artır, ona ətrafdakıların münasibəti dəyişirdi. Hətta öz doğma kəndində yazdığı tənqidi yazıya görə doğmaları ondan incidilər . Ancaq o, haqlı olduğuna görə müəyyən vaxtdan sonra küsənlər barışdı, inciyənlər incikliklərini unutdular. Sadəcə, onun üçün yadda qalan o oldu ki, tənqidinin ünvanı yaxın dostunun atası idi. Lakin bu yazıya görə dostu ona heç demədi, heç üstünə gəlmədi. Rafiq Fərəcov onda hiss etdi ki, həqiqi qəzetçilikdə, həqiqi jurnalistikada təhqirə, şantaja yer yoxdu.

 

... “Dostluqqəzetində artıq imzası get-gedə daha çox tanınan, rayonun ictimai-siyasi həyatında daha çox iştirak edən bu cavan jurnalist günlərin bir günündə özünün xəbəri olmadan bir sevgi oduna düşdü. Tədbirlərinə qatıldığı bir məktəbdə gözəl-göyçək bir xanım onun könlünü ovladı. Bu atəş, bu alov onun həyatının mənasına çevrilməklə günlərin birində o xanımı uşaqlarının anası olmaqla ömrünün çiyindaşına çevirdi...

 

... , 60 ildi rəngarəng bir ömür yaşayır Rafiq Fərəcov. Bu ömrün Qərbi Azərbaycanda qalan hissəsi Rafiq üçün  son dərəcə doğmadı. Çünki o, Ağbulaq kəndində yurd sahibi, ocaq sahibi olmaqla yanaşı, orda dünyaya gələn, ordan dünyanı tanıyan bir söz adamı idi. Orda Göyçə gölü, orda bulaqlar, ormanlar onun üçün sirdaş idi, dost idi, həmsöhbət idi. Rahatca pıçıldaşır, rahatca qol-boyun olur, sözüylə, qələmiylə həyatın  dadını çıxarırdı. Bunu ona çox gördülər. Düşmən hamı kimi onun da arzularının qanadlanmasına imkan vermədi... yurd-yuvasından didərgin düşdü...xatirələrin ümidinə qaldı.

 

Artıq Rafiq Fərəcovun Bakıda yaşadığı illərin sayı kifayət qədərdi. Amma mən hər dəfə onunla qarşılaşıb onunla həmsöhbət olanda Bakıda keçən illərin işığını onun çöhrəsində, gözlərində görə bilmirəm. qədər danışıb gülsə , dostlarla zarafatlaşsa da, nəvəsini dilə gətirsə , amma gözün dibindəki kədər öz yerindən tərpənmir. Sanki o kədər onun ətəyindən tutub üzü geriyə, Ağbulağa tərəf çəkir. Görünür, onun taleyi belə yazılıbmış, belə işarələnibmiş...

 

Bəli, bu günVətən səsinin səsini oxuculara çatdırmaq öz səsini o səsin içində yaşatmaq üçün bacardığı kimi işləyən, yazan, redaktə edən, tədbirlərə qatılan Rafiq Fərəcov 60 yaşını qeyd edir. Özü səssiz, heç kimə demədən, heç kimi narahat etmədən. Onun 60 yaşının tamam olduğunu yəqin ki, çalışdığı dövlət qurumunda da bilmirlər. Amma məncə bilsələr daha yaxşı olardı. Ən azı həmin qurum Vətənin səsini çatdıranların himayədarıdı. Vətən səsini çatdıranlar isə heç vaxt umacaqlı olmurlar. Onların istəyi yalnız diqqətdi. Mən öz növbəmdə bir dost diqqəti ortaya qoymaq istədim. Bilmirəm necə alındı, amma həqiqətən istəyimi yazdım. Bir istəyim var. Çox istərdim ki, mən , Rafiq heç olmasa son anımızı, son ünvanımızı doğulduğumuz ocaqda qarşılayaq.

 

 

P.S. Düşünməyin ki, mən 60 yaşı təbrik etmək əvəzinə nisgilli bir arzu dilə gətirdim. Düşünüb buna görə məni qınayın, qanınızı qaraldın. Axı biz həmişə hər yerdə deyirik ki, Allah qoysa, növbəti tədbirimizi o yerdə, o yurdda qeyd edərik. Axı biz bunu həmişə deyirik!...

 

 





13.12.2012    çap et  çap et