525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Mayın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında hava">hava şəraitinin gündüz əsasən, yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı və qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, mayın 30-da Abşeron yarımadasında havanın temperaturu iqlim normasından bir qədər yüksək olsa da, mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün əlverişlidir. Mayın 31-də isə gündüz cənub-şərq küləyinin üstünlüyü fonunda rütubətliyinin bir qədər artması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

 





29.05.2015    çap et  çap et