525.Az

Yol qəzasında hərbi hissə komandiri öldü, digər polkovnik xəsarət aldı


 

Yol qəzasında hərbi hissə komandiri öldü, digər polkovnik xəsarət aldı<b style="color:red"></b>

Azərbaycanın Masallı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 13-də saat 15.00 radələrində Masallı-Boradigah şosesinin rayonun Qızılavar kəndindən keçən hissəsində qeydə alınıb.
 
“Hyundai” markalı, 90 RG 816 dövlət nömrə nişanlı avtomobilin idarəetməni itirərək yolun kənarındakı maneəyə çırpılması nəticəsində avtomobildəki zabitlərdən biri - N saylı hərbi hissəsinin komandiri, polkovnik Vasif Şükür oğlu İmanov hadisə yerindəcə dünyasını dəyişib. Digər hərbi qulluqçu -polkovnik Əkrəm Hümmət oğlu Gözəlov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyinin Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib. Avtomobili onlardan hansının idarə etdiyi hələlik məlum deyil.
 
Faktla bağlı araşdırmalara başlanıb.

 





13.12.2012    çap et  çap et