525.Az

Körpü çökdü


 

Körpü çökdü<b style="color:red"></b>

Salyan rayonunun Sarvan kəndi ərazisində Baş Mil-Muğan kollektorunun üzərindəki körpü çökərək qəzalı vəziyyətə düşüb.

Salyan rayon 38 saylı Yol İstismar İdarəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Ələt-Astara magistral yolunun 72-ci kilometrliyində Salyan rayonu ərazisindən keçən baş Mil-Muğan kollektorunun üzərindəki dövlət əhəmiyyətli körpünün bir hissəsi çöküb.
 
24 il istismarda olan 2 zolaqlı körpünün uzunluğu 90 metr, eni isə 12 metrdir. Ağır tonnajlı yük avtomobillərinin körpüdə intensiv hərəkət etməsi çatların əmələ gəlməsinə səbəb olub.
 
Hazırda hərəkət zolaqlarından biri təmirə dayanıb. Avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Nəqliyyat vasitələri isə yalnız cənub və ya əks istiqamətdə hərəkət etmək üçün yolun bir zolağından istifadə edir.

Körpüdə təhlükəsizliyi təmin etmək, avtomobillərin növbə ilə ikinci zolaqdan istifadə etməsini nizamlamaq məqsədilə hadisə yerinə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb edilib. 

Təmir işlərinin bir həftəyə başa çatdırılacağı nəzərdə tutulub.
 
Qeyd edək ki, son bir neçə ildə sözü gedən körpü yük maşınlarının ağırlığına tab gətirməyərək 4-5 dəfə uçub və yenidən təmir edilib.

 





29.05.2015    çap et  çap et