525.Az

Avtomobil sahibləri yol vergisi haqda sənəddən azad olundu


 

Avtomobil sahibləri yol vergisi haqda sənəddən azad olundu<b style="color:red"></b>

Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq. Bu məsələ parlamentin mayın 29-da keçirilən iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Modern.az saytı xəbər verir ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs indiyə qədər təqdim etdiyi Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi barədə sənədi təqdim etməkdən azad olunur.

Dəyişiklik iclasda müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini ödəməyəcəklər.

 





29.05.2015    çap et  çap et