525.Az

Xan Şuşinski Fondundan Milanda Qarabağ təntənəsi


 

Xan Şuşinski Fondundan Milanda Qarabağ təntənəsi<b style="color:red"></b>

Mayın 23-də İtaliyanın Milan şəhərində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Xan Şuşinski Fondunun təşkilatçılığı ilə Ermənistan Azərbaycan -Dağlıq Qarabağ münaqişəsinin dünya İctimaiyyətinə çatdırılması lahiyəsi çərçivəsində “Könlüm keçir Qarabağdan” adlı tədbir keçirilib.

Tədbirdə İtaliyanın tanınmış şəxsləri, ziyalılar, jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun rəhbəri Bəyimxanım Verdiyeva Azərbaycanın əzəli-əbədi torpaqları olan Qarabağın qədim, zənğin tarixindən danışıb, “Qafqazın konservatoriyası” adlandırılan Şuşadan, bu şəhərin dünyaya bəxş etdiyi dahilərdən söz açıb.

B.Verdiyeva torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsindən, 1 milyondan artıq vətəndaşımızın öz ata-baba yurdlarlndan köçkün düşməsindən, tarixi abidələrimizin talan olunmasından, milli mədəniyyət və musiqi tariximizə böyük ziyan dəyməsindən də bəhs edib:
 
“Mən bir vaxtlar Qarabağ xanlığının təməlini qoymuş böyük Cavanşirlər sülaləsinin nümayəndəsiyəm.

Fondumuz mənim atamın - dahi muğam ustası Xan Şuşinskinin adını daşıyır, o, Pənahəli xan Cavanşirin kötücəsidir. Bu gün burada milli musiqi alətlərimizin müşayiəti ilə, əsrlər öncə Qarabağda məşhur sənətkarlarımız tərəfindən bəstələnmiş mahnılar səslənəcək. Bu mahnıları ifa edən istedadlı sənətçilərimiz də əslən qarabağlıdırlar. Sevinc Sarıyeva ağdamlıdır, Ehtiram Hüseynov isə Laçın şəhərindəndir. Qoy ermənilər də “Qarabağ şikəstəsi” kimi tarixi uzaq keçmişə bağlı və Qarabağı özündə əks etdirən bir sənət - musiqi nümunəsi göstərsinlər. Əgər bu mümkün deyilsə, deməli, həqiqət üzə çıxır ki, o torpaqlar məhz bizim ata-baba yurdumuzdur”.

Tədbir Qarabağın musiqi ənənələrinin ifadəçisi olan muğamlar, mahnılarla davam etdirilib. İtaliyadakı Azərbaycan Mədəniyyət Assosasiyasının rəhbəri Mais Nuriyevin quruluşunda, italyan rəqqasələrin ifasında, Xocalı soyqırımını özündə əks etdirən kompozisiya Ehtiram Hüseynovun ifasında “Sarı gəlin” mahnısının sədaları altında son dərəcə təsirli bir tamaşa kimi təqdim edilib.

Qonaqlar ermənilərin mənimsəməyə çalışdıqları “Uzundərə” rəqsini, “Qarabağ şikəstəsi”ni, “Şuşanın dağları” kimi əsərləri alqışlarla qarşılayıblar. Müğənniləri Xalq artisti Fikrət Verdiyev tarda və Əməkdar artist Elşən Mənsurov kamançada müşayiət ediblər.

Sonda bir daha söz alan B.Verdiyeva deyib: “Sizi bizim haqq səsimizə səs verməyə çağırırıq. Gün o gün olsun, vətən torpaqlarımız düşmən tapdağından azad edilsin. Zəfər bayramımızı qeyd edərək sevincimizi sizinlə bölüşək. Sizi iyun ayının 12-dən 28-nə kimi Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarına dəvət edirik. Yaşasın İtaliya-Azərbaycan dostluğu!”

Tədbirdə iştirak edənlərə Qarabağla bağlı kitab və broşürlər paylanıb, qonaqlar çay süfrəsinə dəvət edilib.

 





29.05.2015    çap et  çap et