525.Az

Hindistanda "casusluq" edən göyərçin həbs edilib


 

Hindistanda "casusluq" edən göyərçin həbs edilib<b style="color:red"></b>

Hindistanın Pəncab ştatının polisi Pakistanın xeyrinə casusluqda “şübhəli bilinən” göyərçini ələ keçirib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, yerli təhlükəsizlik qüvvələri göyərçinin ayağındakı üzük və Pakistanın dairələrindən birinə məxsus, onun üzərində urdu dilində yazılan telefon nömrəsi olub.

Göyərçin Pakistan sərhədinə yaxınlıqdakı Patxankot şəhərində yerə enib.

Onu burada yaşayan bir oğlan uşağı görüb.

O, “casus” göyərçindən şübhələndiyindən onu yaxınlıqdakı polis bölməsinə gətirib. Hüquq-mühafizə orqanları göyərçinin casusluqla fəaliyyəti ilə bağlı hələ ki rəsmi açıqlama vermirlər. Ancaq göyərçin xüsusi mühafizə altında saxlanılır.

 





29.05.2015    çap et  çap et