525.Az

Dünyanın sonu haqqında yeni video


 

Dünyanın sonu haqqında <b style="color:red">yeni video</b>

21 dekabr 2012-ci il tarixinə sayılı günlər qaldı.

525.az-ın məlumatına görə, Maya Təqviminə görə Qiyamətin olacağına inananlar nə müxtəlif ölkələrdə hökümət nümayəndələrinin, nə din adamlarının, nə də elm adamlarının açıqlamalarına əhəmiyyət vermədən çaşqınlıq və qorxu içində həmin günü gözləyirlər. Digər tərəfdən, bir qisim insanlar isə Qiyamət olmasa da, 21 dekabrda mütləq hansısa hadisənin baş verəcəyini söyləyirlər.

NASA mövzuyla bağlı internet səhifə açsa da, orda verilən suallara cavablar ünvanlasa da, dünyanın sonunun gələcəyinə inanan insanların sayı artır. Amerika Kosmos Agentliyi bu insanlara "Nə üçün dünən dünyanın sonu gəlmədi?" adlı elmi video ilə cavab verib. Videoda bu iddialar elmi şəkildə rədd edilir.

525.az Maya təqviminin elmi gerçəklərə əsaslanmadığını göstərən həmin videonu təqdim edir.



 





14.12.2012    çap et  çap et