525.Az

Minik maşını sərnişin mikroavtobusu ilə toqquşub, xəsarət alanlar var


 

Minik maşını sərnişin mikroavtobusu ilə toqquşub, xəsarət alanlar var<b style="color:red"></b>

Bakı-Şamaxı-Yevlax yolunda ağır avtomobil qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə ötən gün saat 22:00 radələrində yolun 135-ci kilometrliyində, Şamaxı rayonunun Şərədil kəndi ərazisində qeydə alınıb.
 
1978-ci il təvəllüdlü Elşən Yaqubovun idarə etdiyi 20 BS 313 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn, 1949-cu il təvəllüdlü Allahverdi Əliyevin idarə etdiyi 85 CA 774 dövlət nömrə nişanlı “Ford Tranzit” markalı sərnişin mikroavtobusu ilə toqquşub.
 
Hadisə nəticəsində “VAZ 2107”-nin sürücüsü Elşən Yaqubov, sərnişinləri 1971-ci il təvəllüdlü Yusif Yaqubov və 1990-cı il təvəllüdlü Elvin Yaqubov, “Ford Taranzit”in sürücüsü Allahverdi Əliyev, sərnişini və 1986-cı il təvəllüdlü Samir Musayev müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Onlar Şamaxı Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

 





14.12.2012    çap et  çap et