525.Az

BSU- da “Bir günlük Xəlifə”


 

BSU- da “Bir günlük Xəlifə” <b style="color:red"></b>

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü prof. K.M.Abdullayevin təşəbbüsü təşkilatçılığı ilə bu təhsil ocağında bir çox maraqlı layihələr həyata keçirilir. Bu layihələrdən biri universitetdə təhsil alan, müxtəlif ixtisaslar üzrə peşəkar mütəxəssis olmağa hazırlaşan tələbələrin tələbə özünüidarəçiliyinə, yəniBir günlük Xəlifəgününə cəlb olunmasıdır.

 

Bakı Slavyan Universiteti tələbələrinin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq vərdişlərini yoxlamaq, onlar tərəfindən verilən uğurlu təklifləri təhlil edib həyata keçirmək məqsədilə həyata keçirilən bu maraqlı layihə ilk dəfə 2002-ci il dekabrın 13- gerçəkləşib həmin gün 14 rəhbər vəzifəyə tələbələrin namizədliyi irəli sürülüb. Obyektivliyi şəffaflığı təmin etmək məqsədilə seçkilər tamamilə tələbələrin öhdəsinə buraxılıb heç bir rəhbər şəxsin müdaxiləsi olmayıb. NövbətiXəlifəgünləri 2005-ci il 13 may, 2007-ci il 13 aprel, 2009-cu il 13 noyabr 2011-ci il 13 dekabr tarixlərində həyata keçirilib həmin günlər tələbələrin yaddaşında unudulmaz xatirəyə çevrilib.

 

BuilkiBir günlük XəlifəTələbə Özünüidarəetmə günü 2012-ci il 13 dekabr tarixinə təsadüf etdi. Sentyabr ayından etibarən başlanılan hazırlıqlar artıq başa çatmışdı. Rektorun əmri ilə seçkilərin keçirilməsi vaxtı müəyyənləşdirilmiş Xəlifəgünü ilə bağlı bütün təşkilati işlər keçmişxəlifələrdən təşkil olunmuş münsiflər heyəti, Kölgə Kabineti Tələbə Gənclər Təşkilatına tapşırılmışdı. Tələbələr onlara verilən xüsusi blanka özləri haqqında məlumatı namizədlik verdikləri vəzifələr haqqında bildiklərini yazmışdılar. Sonra tələbələrin reytinq cədvəli, yəni onların tələbələr arasında nüfuz dərəcəsi müəyyənləşdirildi. Universitetin akt zalında 200-dən çox tələbənin iştirakı ilə seçkilər keçirilirdi namizədlər müəyyən olundu. Qeyd etmək lazımdır ki, bu dəfəkiXəlifəgünündə 22 vəzifəyə 170 tələbə namizədliyini irəli sürmüşdü. Sonra onlar öz aralarında debatlar keçirdi, platfomalarını təqdim etdilər. Ən maraqlı təklif ən dolğun platforma ilə çıxış edən 22 tələbə rəhbər icraçı vəzifəsinə seçildi.

 

13 dekabrda xəlifələr gününə başlamazdan əvvəl ümummilli lider H.Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət etmiş ölməz rəhbərimizin BSU-da yerləşən büstü önünə əklil dəstələri qoymuşdular. Builkixəlifə”-rektor BSU-nun Magistratura şöbəsininBeynəlxalq jurnalistikaixtisasında təhsil alan II kurs magistrant Almaz Axundova bildirdi ki: “Hər bir xəlifə tutduğu vəzifədən asılı olmayaraq öz işinə məsuliyyətli yanaşmalı, gələn qonaqları yüksək səviyyədə qarşılamalı unutmamalıdır ki, hər birimiz Bakı Slavyan Universitetini layiqincə təmsil eməliyik”. Universitetin tədris işləri, elmi işlər, beynəlxalq əlaqələr, tərbiyə işləri inzibati işlər üzrəxəlifə”-prorektorları Vüsalə Cəfərova, Səmra Qasımzadə, Fəridə Qasımzadə,Aytac Məmmədova Toğrul Göyüşlü bildirdilər ki, məhz bu layihənin Azəbaycanda ilk dəfə olaraq BSU-da həyata keçirilməsi, tələbələrə göstərilən etimad universitetimizi digər universitetlərdən fərqləndirir tələbələrin özünüidarəçilik qabiliyyətlərinin formalaşmasında mühüm rol oynayır. “Xəlifələronu da qeyd etdilər ki, biz bu etimadı doğruldacağıq öz vəzifələrimizin öhdəsindən layiqincə gələcəyik.

 

Xəlifə günüSerbiya Respublikasının Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri Zoran Vayoviç BSU-nun qonağı oldu. Xəlifə rektor A.Axundova səfiri universitetdə görməkdən məmnun olduğunu bildirdi BSU-nun yaranma tarixi, universitetin fakültələri, strukturu, onun zəngin elmi, tədris tələbə həyatı, çoxşaxəli fəaliyyəti, eləcə görüşün təsadüf etdiyixəlifə günühaqqında ətraflı məlumat verdi. BSU-ya ilk dəfə qonaq gələn səfir Z. Vayoviç isə öz növbəsində bu cür tədbirlərin digər universitetlər üçün gözəl nümunə olacağını vurğuladı qeyd etdi ki, gənclərlə işgüzar münasibətdə olmaq daha maraqlı əlverişlidir, çünki gələcək gənclərindir. Səfir eyni zamanda, BSU-da Serb Dili Mədəniyyəti Mərkəzini açmaq arzusunda olduğunu universitetlə əlaqələrin daha da genişləndiriləcəyini  qeyd etdi. Görüşün sonunda səfirə xatirə hədiyyələri təqdim edildi. Görüşdən sonra cənab Z. Vayoviç universitetlə  tanışlıq çərçivəsində muzey, müxtəlif ölkələrin BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri müasir standartlarla yenidən qurulmuş kitabxanada qonaq oldu.

 

BSU-nun dostlarından biri olan Polşa Respublikasının Azərbaycandakı Fövqəladə Səlahiyyətli səfiri Mixal Labenda daxəlifə günündə universitetin qonağı oldu. Xəlifərektorla görüşdən sonra səfir  M.Labenda Polşa tarixi haqqında məruzə ilə tələbələrin qarşısında çıxış etdi.

 

Xəlifəgünü Ukrayna Respublikasının Azərbaycanakı Fövqəladə Səlahiyyətli Səfiri Aleksandr Pavloviç Mişşenko universitetimizdə yüksək səviyyədə təşkil olunmuş Ukrayna Dili Mədəniyyəti Mərkəzində tələbələrlə görüşdü. Görüşdə çıxış edən səfir  bildirdi ki, “Ukrayna ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr yüksək səviyyədə inkişaf edir”. A.P.Mişşenko onu  da qeyd eti ki, Ukrayna-Azərbaycan əlaqələrinin qurulmasında BSU xüsusi çəkiyə malikdir. “BSU həmişə məni maraqlı mənalı layihələri ilə təəccübləndirib. Tələbələrinizə yaratdığınız şərait, onlara demokratik dəyərlərə söykənərək göstərdiyiniz etimad diqqətəlayiqdir. İnanıram ki, bu gün inamlı addım atan, müstəqil qərar qəbul etmək bacarığına malik olan bu xəlifələr gələcək işlərində çətinliklərin öhdəsindən asanlıqla gələcəklər”. Görüşün sonunda səfir tələbələrin suallarını cavablandırdı xəlifələrlə xatirə şəkli  çəkdirdi

 

Xəlifə günüçərçivəsində bir sıra maraqlı görüşlər baş tutdu. Bunlardanİrəliİctimai Birliyinin təşkil etdiyi Birliyin fəaliyyəti ilə bağlı təqdimat  mərasimi xüsusilə yaddaqalan idi. Təqdimetmə mərasimində Birliyin insan resursları üzrə katibi Rövşən Camalov tələbələrəİrəliİctimai Birliyinin yaranma tarixi, mərkəzləri, şöbələri, Birliyin fəaliyyəti haqqında maraqlı məlumatlar vermiş, tələbələri öz sıralarına qatılmağa dəvət etmişdir.

 

ACCESS bank nümayəndələri bu gün universitetdə oldular. Xeyriyyəçilik məqsədilə BSU-da olan bank nümayəndələri tələbələrlə görüşdə bankın yaranma tarixi, strukturu layihələri barədə məlumat verdilər. Bankın filial müdiri Ş.Rüstəmov bank nümayəndəsi, universitetin məzunu H.Babayevin təşəbbüsü ilə BSU tələbələrinin sırasından 5 namizədin seçildiyini bildirdi bu tələbələrə bank tərəfindən təqaüd kartlarını təqdim etdi. Xəlifə rəhbərlər həmçinin BSU-nun Tələbə Teatr Studiyasının quruluşunda yeni tamaşanın nümayişini keçirmiş, Xalq artisti R.Balayev, yazıçı N.Rəsulzadə tanınmış jurnlist E.Şıxlı Qızıl Ayparacəmiyyətinin nümayəndəsi M.Qaraxanova ilə görüşlər təşkil etmiş, gün ərzində BSU-nun əməkdaşlıq etdiyi xarici ölkə universitetlərinin tələbələrindən təbrik məktubları almışlar. Qeyd edək ki, universitetin foyesində pedaqoji fakültə tələbələrinin əl işlərindən ibarət sərgi hazırlanmış tələbələrin yaradıcılığı nümayiş etdirilmişdir.

 

Universitetin II tədris binasında da isə NAYORA-ın meneceri P.Piriyevlə, “GREEN BAKUnümayəndəsi A.Hüseynovla görüş keçirilmiş, Ekologiya mərkəzi Gənc filoloqlar klubunun açılışı baş tutmuşdur.

 

Tələbələrxəlifəliketdikləri bir gün ərzində BSU-da həmişəki rejimi gözlənilmiş rəhbər vəzifələri icra edən 22 tələbə gün ərzində öz vəzifələrini məharətlə yerinə yetirməyə çalışmışlar. Keçirilən layihələrin ən maraqlı vaciblərindən biri olanXəlifə günüuniversitetdə gənclərə böyük etimad göstərilməsindən xəbər verir. Əbəs yerə deyilmir ki, DOCENDO DİSCİMUSÖyrədərək öyrənirik.

 

Günay ƏLİYEVA
 





14.12.2012    çap et  çap et