525.Az

"Time" jurnalı 2012-ci ilin adamını seçdi


 

"Time" jurnalı 2012-ci ilin adamını seçdi<b style="color:red"></b>

Nüfuzlu "Time" jurnalı 2012-ci ilin adamını adını açıqlayıb.

Bu, Şimali Koreyanın lideri Kim Çen Indır. Kim Çen Inın jurnalın 5,5 milyon oxucusu ilin adamı olaraq görüb. 2012-ci il Şimali Koreyanın gənc lideri Kim Çen In üçün əhəmiyyətli olub. O, atası Kim Çen İrin dövründə orduda əsas postları tutan köhnə hərbi "aristokratiya"nın təsiri aradan qaldırmağı bacarıb, kasıb ölkə olan Şimali Koreya kosmosa öz süni peykini buraxmağa müvəffəq olub.

"Time" jurnalının 2,3 milyon oxucusu isə ABŞ-da prezident seçkilərini işıqlandıran amerikalı teleaparıcı Con Stüartı dəstəkləyib.

"İlin adamı" adına ən populyar namizədlər üçlüyünün son pilləsində isə şərti olaraq "qeydiyyatdan keçməmiş mühacir" qərarlaşıb.

"Time" jurnalının siyahısına ABŞ-ın dövlət katibi Hillari Klinton, «Kuriyoziti» kosmik aparatı, Suriya prezidenti Bəşər Əsəd, Yutub-da meqahitə çevrilmiş "Gangnam Style" musiqi parçasının ifaçısı reper PSY, ABŞ prezidenti Barak Obama da daxil olub.

"Time" jurnalı ilin adamını 1927-ci ildən bəri seçir. Xatırladaq ki, ötən il bu jurnalın versiyasına görə, ilin adamı abstrakt "etirazçı" olmuşdu. Şərti namizəd 2011-ci ildə ərəb ölkələrini bürümüş etiraz aksiyalarının hər bir iştirakçısı olub.

anspress

 





14.12.2012    çap et  çap et