525.Az

Norveç və Finlandiyada Azərbaycanla bağlı tədbirlər - Fotoreportaj


 

Norveç və Finlandiyada Azərbaycanla bağlı tədbirlər - <b style="color:red">Fotoreportaj</b>

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi  Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilarlarına Dövlət Dəstəyi Şurasınin maaliyə dəstəyi ilə Norveçin Bergen şəhərində Akademik Kvartetdə  Qarabağ həqiqətlərinə həsr olunan tədbir keçirib.
 
Tədbirdə  Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər, videoçarxlar nümayiş etdirilin. Azərbaycan bayraqları ilə bəzədilən masalarda isə Azərbaycan mətbəxin şirniyyat nümunələri gələn qonaqlara təklif olunub.

Əvvəlcə  28 may - Azərbaycanın Respublika Günü ilə əlaqədar Azərbaycanın himni səsləndirilin. Sonra Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli Qarabağ münaqişəsi ilə əlaqədar məlumat verin.

Sonra  Azərbaycanın tarixi və müstəqillik savaşı ilə əlaqədar qısametrajlı film nümayiş olunub. Norveç Krallığının Stavander şəhərində təhsil alan Stavanger Musiqi ve rəqs Universitetinin aspirantı Humay Qasimzadə  və Grieg Akademiyasinin magistr tələbəsi Jalə Əliyeva “Şur duetinin ifasinda poema monoloq” (violoncel ve fortepiano üçün) F.Əmirovun əsərini ifa ediblər.

Bu musiqi nömrəsi Azərbaycanın müstəqilliyi və Qarabağda həlak olan şəhidlərimizin ruhuna səsləndirilib.

Qeyd edək ki, Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökumət Təşkilarlarına Dövlət Dəstəyi Şurasınin maaliyə dəstəyi ilə Finlandiyada keçirilən Azərbaycan-Finlandiya Assosiasiyasının keçirdiyi  “Azərbaycan mədəniyyət günləri” tədbirinə də qatılıb.

Bu tədbiri assosiasiyanın  rəhbəri Vasif Muradlı və qurumun Qadınlar Cəmiyyətinin sədri Arzu Oqtay təşkil edib.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar kitab və bukletlərdən ibarət sərgi də nümayiş olunub.

Tədbirdə Türkiyənin Finlandiyadakı səfiri Adnan Başağ da iştirak edib. O qeyd edib ki, Türkiyə bir qardaş ölkə kimi həmişə Azərbaycanla bir yerdə olacaq.

 





01.06.2015    çap et  çap et