525.Az

NATO baş katibi Gürcüstana səfər edəcək


 

NATO baş katibi Gürcüstana səfər edəcək<b style="color:red"></b> NATO baş katibi Yens Stoltenberq bu ilin sonunadək Gürcüstana səfər edəcək.
 
APA-nın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, bunu Gürcüstanın müdafiə naziri Tina Xidaşeli GDS telekanalına müsahibəsində deyib.
 
“Səfər planlaşdırılır. Stoltenberq buna razılıq verib, səfərin bu ilin sonunadək reallaşacağını təsdiqləyib. Bu bizim ikitərəfli münasibətlərimiz üçün vacibdir”, - deyə gürcü nazir bildirib.
 
Qeyd edək ki, Gürcüstan müdafiə naziri Brüsseldə NATO-nun mənzil-qərargahında rəsmi görüşlər keçirir.
 





02.06.2015    çap et  çap et