525.Az

“ABŞ Donetsk yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasında maraqlıdır”


 

“ABŞ Donetsk yaxınlığında baş verən təyyarə qəzasının araşdırılmasında maraqlıdır”<b style="color:red"></b> ABŞ ötən ilin iyulunda Donetsk yaxınlığında "Malayziya Hava Yolları"na məxsus “Boeing 777” təyyarəsinin qəzaya uğraması səbəblərinin Niderland tərəfindən araşdırılmasını dəstəkləyir.
 
APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama Niderland kralı Villem Aleksander ilə görüşündə bəyan edib.
 
“Mən növbəti dəfə rəsmi şəkildə bildirmək istəyirəm ki, ABŞ bu faciə ilə bağlı Niderlandın səylərini dəstəkləyir. Söhbət tək həqiqətin üzə çıxmasından deyil, həm də günahkarların məsuliyyətə cəlb edilməsindən gedir”, deyə B.Obama bildirib.
 
Onun sözlərinə görə, Niderland kralı ilə görüşdə həmçinin Ukraynadakı vəziyyət və NATO çərçivəsində əməkdaşlıq məsələlərinə toxunulub.
 
Xatırladaq ki, “Malayziya Hava Yolları”na məxsus Amsterdam-Kuala-Lumpur reysini həyata keçirən “Boeing 777” sərnişin təyyarəsi iyulun 17-də Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğrayıb. Göyərtədə olan 298 sərnişin və heyət üzvünün hamısı həlak olub. Sərnişinlərdən 194-ü Niderland vətəndaşı olub.
 





02.06.2015    çap et  çap et