525.Az

Bakıda yeni rayon yaradılır


 

Bakıda yeni rayon yaradılır<b style="color:red"></b>

Bakıda yeni rayon yaradılacaq.

Trend-in məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin cümə günü keçiriln iclasında "Bakı şəhər inzibati ərazi vahidinin tərkibinə dəyişiklik edilməsi" barədə qanun layihəsi müzakirə olunub.

Dəyişikliyə görə, Bakı ərazisində yeni Pirallahı rayonunun yaradılması nəzərdə tutulub.

Bu məqsədlə Bakının Xəzər rayonunun inzibati ərazisindən müvafiq ərazi ayrılıb. Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 





14.12.2012    çap et  çap et