525.Az

“Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər"


 

“Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər"<b style="color:red"></b>

"Rusiya-ABŞ münasibətlərini yenilənmə adlandırmaq olmaz. “Yenilənmə”ni Hillari Klintonla Barak Obama administrasiyası fikirləşiblər. Bunu biz icad etməmişik”.

APA-nın məlumatına görə, bunu “Bloomberg” telekanalına müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
 
ABŞ və Rusiya prezidentlərinin ara-sıra telefonla danışdıqlarını deyən diplomat iki ölkənin maraqların üst-üstə düşdüyü məsələlərdə əməkdaşlıq etdiyini bildirib. “Bunu yeni “yenilənmə” yox, daha çox normal münasibətlərə dönüş adlandırardım. Liderlər arasındakı təmaslar praqmatik xarakter daşıyır”, - deyə o vurğulayıb.
 
Lavrov onu da bildirib ki, Rusiya sanksiyalar şəraitində uzun müddət yaşamağa hazırdır.

 





02.06.2015    çap et  çap et