525.Az

Nərgiz Paşayeva Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Qızıl Ordeninə layiq görülüb


 

Nərgiz Paşayeva Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Qızıl Ordeninə layiq görülüb<b style="color:red"></b>

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) “Xidmətlərə görə” Qızıl Ordeninə layiq görülüb.

525.az-ın məlumatına görə, bu gün Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının Brüsseldə yerləşən Senatı Nərgiz xanım Paşayevanı göstərdiyi xidmətlərə görə Palatanın Qızıl Ordeni ilə təltif etmək qərarını qəbul edib. 

Qeyd etmək lazımdır ki, Palatanın “Xidmətlərə görə” Qızıl Ordeni Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının Senatı tərəfindən mühüm xidmətləri ilə seçilən və fəaliyyətində peşəkarlıq nümayiş edən ziyalı xadimlərə təqdim olunur.

Nərgiz Paşayeva 13 dekabr 1962-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1983-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 2006-2008-ci illərdə BDU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışıb. 2008-ci ilin iyun ayından M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rəhbəridir. 3 monoqrafiyanın, 4 kitabın, elmi və dövri mətbuatda çapdan çıxan onlarla məqalənin müəllifidir. Özəl "ÜNS" yaradıcılıq səhnəsinin yaradıcısı və bədii rəhbəri, "Azərbaycan mədəniyyətinin dostları" xeyriyyə fondunun İdarə heyətinin üzvü, "Azərbaycan-İrs" jurnalının ədəbi şöbəsinin redaktoru və İngiltərə-Azərbaycan cəmiyyətinin həmsədridir.

 





14.12.2012    çap et  çap et