525.Az

Ərdoğan və Can Dündar qarşı-qarşıya


 

Ərdoğan və Can Dündar qarşı-qarşıya<b style="color:red"></b> Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu məhkəməyə verib.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, buna səbəb CHP liderinin Ərdoğanın prezidentlik sarayında qızıl suyuna çəkilmiş unitazların olduğunu deməsidir. Prezident müxalifət liderini bu iddiasına görə məhkəməyə verib ondan yüksək məbləğdə təzminat tələb edir. 
 
Türkiyə prezidenti bu gün eyni zamanda ölkənin ən məşhur qəzetlərindən olan "Cümhuriyyət" və qəzetin baş redaktoru Can Dündarla bağlı da Ankara Baş Prokurorluğuna müraciət edib.
 
Xatırladaq ki, adı çəkilən qəzet ötən həftə Türkiyə hökümətinin Suriyaya TIR-larla dolu silah göndərdiyini faktlarla yazmışdı. Hökümət qanadı isə o silahların Suriyada yaşayan türkmənlərə özlərini İŞİD-dən qorumaq üçün göndərdiyini bəyan etmişdi.

Türkiyə prezidenti isə öz növbəsində bu videgörüntüləri yayımlayan "Cumhuriyyət" qəzetinin və onun baş redaktoru Can Dündarın cəzalanacağını bildirmiş, o xəbəri dərc etmələrinin "cəzasını ağır ödəyəcəyini" və "bu işi belə qoymayacağını" açıqlamışdı.
 





02.06.2015    çap et  çap et