525.Az

"Qlobal enerji təhlükəsizliyi məsələləri daha çox siyasi amillərdən asılıdır"


 

"Qlobal enerji təhlükəsizliyi məsələləri daha çox siyasi amillərdən asılıdır"<b style="color:red"></b> Bu gün qlobal enerji təhlükəsizliyi məsələləri daha çox siyasi amillərdən asılıdır.
 
"APA-Economics"in xəbərinə görə, bu barədə energetika naziri Natiq Əliyev bildirib.
 
"Əgər əvvəllər enerji təhlükəsizliyi məsələləri texniki, texnoloji amillərdən asılı idisə, bu gün biz görürük ki, dünyada vəziyyət dəyişir və enerji təhlükəsizliyinə təsir edən əsas faktorlardan biri siyasətdir. Məsələn, İran məsələsi, Rusiya-Ukrayna münaqişəsi, Səudiyyə Ərəbistanı ilə Yəmən arasında baş verən toqquşmalar və sair amillər bu gün enerji təhlükəsizliyinə daha çox təsir edir. Buna görə də, bu münaqişələr həm siyasətçiləri, həm də neft-qaz sahəsində çalışan şirkət rəhbərlərini narahat edir. İnvestisiyalar sabit ölkələrə axır. Qeyri-sabitlik olan ölkələrə investisiya yatırıla bilməz", - deyə nazir qeyd edib.
 





03.06.2015    çap et  çap et