525.Az

ABŞ-dan İrana yeni sanksiyalar


 

ABŞ-dan İrana yeni sanksiyalar<b style="color:red"></b>

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Xəzinə Nazirliyindən verilən açıqlamada İranın uran zənginləşdirmə proqramında iştirak edən 5 şəxsə və 7 şirkətə sanksiya tətbiq ediləcəyi bildirilib.

Firidun Abbas Davani, Sayit Cabir Səfdəri, Mürtəza Əhmədəli Behzat, Əmir Hüseyn Rahəmyar və Məhəmməd Rza Rizvanzadə adlı şəxslərlə "Pouya Control", "Iran Pooya", "Aria Nikan Marine Industry", "Faratech", "Neda Industrial Group", "Tarh O Palayesh" və "Towlid Abzar Boreshi Iran'' adlı şirkətlərin ABŞ-dakə əmlakları dondurulub və ABŞ vətəndaşlarının onlarla ticarət əlaqələri qadağan edilib.

Eyni zamanda bu şəxslər və şirkətlər üçün pul transferini həyata keçirən xarici bankların ABŞ bank sisteminə girişi də qadağan olunub.

TRT

 





14.12.2012    çap et  çap et