525.Az

Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər


 

Hindistan prezidenti və İsveç kralının ailə üzvləri qəzaya düşüblər<b style="color:red"></b>

Hindistan prezidenti Pranab Mukerci və İsveç kralının ailə üzvləri yol-nəqliyyat qəzasına uğrayıblar.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, yerli mətbuatın məlumatına əsasən, insident bu gün axşam saatlarında İsveçin Uppsala şəhəri yaxınlığında baş verib.
 
Hindistan prezidentinin kortejin tərkibində hərəkət edən 4 avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. 
 
Yerli polisin məlumatına görə, qəza nəticəsində Hindistan prezidenti, həmçinin kortejdəki avtomobillərin birində olan İsveç kralının ailə üzvləri – şahzadə Viktoriya və onun həyat yoldaşı Daniyel qəza nəticəsində xəsarət almayıblar.
 
Xəsarət alan şəxslərin kimliyi açıqlanmır.

 





03.06.2015    çap et  çap et