525.Az

ABŞ Konqresi Kubada səfirliyin açılması üçün vəsaitin ayrılmasına qarşıdır


 

ABŞ Konqresi Kubada səfirliyin açılması üçün vəsaitin ayrılmasına qarşıdır<b style="color:red"></b>

Havanada ABŞ səfirliyinin açılması üçün vəsaitlərin ayrılmasına qadağa qoyan “Maliyyələşdirmələr haqqında” qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasına təqdim olunub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, sənədə əsasən, Vaşinqton Kubada diplomatik iştirakının gücləndirilməsinə ayıracaq vəsait ötən ilin dekabrın 17-dək davam etmiş göstəricidən çox olmamalıdır.  Qeyd edək ki, məhz dekabrın 17-də  ABŞ prezidenti Barak Obama Kuba ilə münasibətləri normallaşdırmaq niyyətində olduğunu bəyan etmişdi.  
 
Layihə müəllifləri həmçinin Havananın ABŞ-da səfirlik açmaq planının Vaşinqton  tərəfindən maliyyələşdirməsinə qarşı da çıxış edib. 
 
 Bundan başqa onlar Dövlət Departamentinə kubalı hərbçilərə və Kommunist partiyasının üzvlərinə viza verilməsini qadağa qoyur.

 





03.06.2015    çap et  çap et