525.Az

Azərbaycanda narkotik istifadəçisi olan məhkumlara şpris veriləcək


 

Azərbaycanda narkotik istifadəçisi olan məhkumlara şpris veriləcək<b style="color:red"></b>

Azərbaycanın Cəzaçəkmə müəssisələrində (CM) saxlanılan məhkumlara şpris verilməsi ilə bağlı layihə müzakirə olunur.

Bu barədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
 
Məlumata görə, narkotik vasitə istifadəçisi olan məhkumlara şpris verilməsi ilə bağlı layihə hazırda Azərbaycanın Səhiyyə, Ədliyyə nazirlikləri və QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə Qlobal Fondla müzakirə mərhələsindədir. Layihə qəbul olunsa, narkotik istifadəçisi olan məhkumlara şpris verilməsi reallaşacaq.
 
Layihənin şərtlərinə əsasən, şprislər məhkumlara onların anonimliyi qorunmaqla veriləcək.

 





14.12.2012    çap et  çap et