525.Az

ATƏT sədri Qarabağ separatçılarının başçısı ilə görüşüb


 

ATƏT sədri Qarabağ separatçılarının başçısı ilə görüşüb<b style="color:red"></b>

ATƏT-in fəaliyyətdə olan sədri, Serbiyanın xarici işlər naziri və baş nazirin birinci müavini İvitsa Daçiç iyunun 3-də Yerevanda Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb.

Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, görüş Yerevandakı “Armenia Marriott” mehmanxanasında baş tutub.

Xatırladaq ki, ATƏT sədri bundan əvvəl Bakıda və Tbilisidə olub.

 





03.06.2015    çap et  çap et