525.Az

Uşaq bağçasında kütləvi zəhərlənməylə bağlı rəsmi açıqlama


 

Uşaq bağçasında kütləvi zəhərlənməylə bağlı <b style="color:red">rəsmi açıqlama</b> Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi barədə birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13 nəfərinin səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdirilib. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
 
Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.
 
Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar edilib. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda  iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
 





14.12.2012    çap et  çap et