525.Az

Qarlı günlər başlayır


 

Qarlı günlər başlayır<b style="color:red"></b>

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən səhər və axşam yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Arabir güclənən şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 1-4 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 15-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, səhər saatlarında duman olacağı gözlənilir.

Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta, gündüz 1-6 dərəcə şaxta olacağı proqnozlaşdırılır.

Məlumata görə, dekabrın 18-dək havanın soyuq, şaxtalı olacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-dən 16-na, 16-dan 17-nə keçən gecə 0, mənfi 2 dərəcəyədək aşağı enəcək. Respublikanın aran rayonlarında 2 dərəcə istidən 3 dərəcəyədək şaxta, dağlıq rayonlarda 8-13 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq.

Hava şəraiti fasilələrlə yağıntılı keçəcək. Sulu qar, qar yağacaq.
Bakıda və Abşeron yarımadasında fasilələrlə gözlənilən yağıntının sulu qar, nisbətən yüksək ərazilərdə qar şəklində olacağı ehtimalı var. Dekabrın 14-dən 16-sı gündüzədək arabir güclənən şimal-şərq küləyi əsəcək.

 





14.12.2012    çap et  çap et