525.Az

“Şərq Tərəfdaşlığı”nın bölünməsinə dair çağırışlar təşkilatı məhv edəcək


 

“Şərq Tərəfdaşlığı”nın bölünməsinə dair çağırışlar təşkilatı məhv edəcək<b style="color:red"></b>

Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının iştirakçı dövlətlərini ayırmaq kimi çağırışlar təşəbbüsün ləğvinə gətirib çıxaracaq.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti”yə Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.  
 
Qeyd edək ki,  “Şərq Tərəfdaşlığı”nın bu günlərdə Riqada keçirilmiş sammitindən sonra Kiyevin Aİ-dəki nümayəndəsi Konstantin Yeliseyev proqram üzvlərinin differensiasiyasının (ayırma, fərqləndirmə) zəruri olduğunu  qeyd edib. O, Aİ ilə assosiasiya sazişini imzalamış Ukrayna, Moldova və Gürcüstanı Azərbaycan, Belarus və Ermənistandan ayırmaq lazım olduğunu qeyd edib.  
 
Makey qeyd edib ki,  “Şərq Tərəfdaşlığı” lazımlı və faydalı təşəbbüsdür, lakin onun inkişaf strategiyası ciddi şəkildə nəzərdən keçirilməlidir.
 
“Biz ona əsaslanmalıyıq ki, ölkələrin bu təşəbbüsdə iştirakı qarşıdurmanın dərinləşdirilməsinə yox regionumuzun  sabitliyinə və təhlükəsizliyinə fayda gətirməlidir. Kimsə öz iştirakını və fəaliyyətini digər əsaslar üzərində qurmaq istəyirsə, onda bu təşəbbüsün mövcudluğuna son qoymaq deməkdir”, deyə nazir bildirib.

 





05.06.2015    çap et  çap et