525.Az

Xalqa 50 il təmənnasız xidmət- ADMİU-90


 

Xalqa 50 il təmənnasız xidmət- <b style="color:red">ADMİU-90</b>

2013- ildə unikal təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin 90 yaşı qeyd ediləcək. Bu müddət ərzində Azərbaycan incəsənətində mərhələlər yaratmış, böyük sənətkarlar yetişdirmiş Universitet yubileyə böyük həvəs ruh yüksəkliyi ilə hazırlaşır. Respublikamızın çağdaş mədəniyyət incəsənət korifeyləri hesab olunan böyük söz, sənət ustaları bir zamanlar bu Universitetin divarları arasında təhsil almışlar. Universitet, demək olar ki, tarix boyu böyük sənətkarların isti nəfəsi ilə canlanmışdır.

Bu gün Universitetdə həyatını  taleyini mədəniyyət incəsənət təhsilinə bağlamış görkəmli şəxsiyyətlər fəaliyyət göstərirlər. Həmsöhbətimiz belə şəxsiyyətlərdən biri ömrünün yarım əsrini aktyor rejissor kadrlarının hazırlanmasına həsr edən, UniversitetinSəhnə danışığıkafedrasının dosenti Əzizağa Quliyevdir.

Əzizağa müəllim, orta məktəb illərində ədəbiyyat dərsində belə bir mövzuda inşa yazmışdıq: “Müəllimlik ən şərəfli peşədir”. Biz müəllimə həmişə əlçatmaz, uca, hörmətli bir insan kimi baxardıq, bəs indi?!

Müəllimlik sənəti həmişə şərəfli olmuş, indi şərəflidir, hörmətlidir. Buna şübhə ola bilməz. Ona görədir ki, müəllimlərin zəhməti müntəzəm olaraq qiymətləndirilir, onların əməyinə yüksək dəyər verilir. Hər il hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Respublikamızın müxtəlif şəhər rayonlarında səmərəli fəaliyyət göstərən, pedaqoji işdə uğur qazanan müəllimlərə fəxri adların, mükafatların verilməsi, orden medallarla təltif olunması buna əyani sübutdur.

1923- ildə Şərqdə ilk dəfə olaraq Teatr  Məktəbi adı ilə yaradılmış, hazırda isə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti kimi geniş səmərəli fəaliyyət göstərən həmin ali təhsil müəssisəsinin qarşıdan gələn 90 illik yubileyi müstəqil Respublikamızın həyatında əlamətdar hadisədir. İftixar hissi ilə demək olar ki, bu Universitet nəinki respublikamız üçün, həm xarici ölkələr üçün yüksək ixtisaslı kadrlar hazırlayır. Burada öz sənətini dərindən incəliklərinə qədər yaxşı bilən görkəmli teatr pedaqoqları, alimlər tanınmış sənətkarlar dərs deyir, gənc mütəxəssislər hazırlayırlar. Vaxtilə mənə dərs demiş, sənətin sirrlərini, incəliklərini öyrətmiş müəllimlərimi-Xalq artistləri Məhərrəm Haşımovu, Əli Zeynalovu, Əjdər Sultanovu hörmət məhəbbətlə xatırlayıram.

Sizi həmişə klassik ədəbiyyatın təəssübkeşi, müdafiəçisi kimi görürük. İstər tələbələrlə prosesində, istər kafedranın müəllimləri ilə söhbətlərinizdən, məsləhətlərinizdən belə hiss olunur ki, sizin üçün Füzuli, Sabir, Cavid, C.Məmmədquluzadə, Ə.Haqverdiyev s. əbədidir. Çox maraqlıdır Ə.Quliyev bu gün müasir yazarların əsərlərini oxumur ya bəyənmir? Necə bilirsiniz, bugünkü yazarlar arasında günümüzün reallığını əks etdirən müəlliflər yoxdurmu?

Siz düz hiss etmisiniz. Mən klassiklərimizi sevir, onların əsərlərini dönə-dönə oxuyur, hətta tələbələrlə prosesində onların şeir hekayələrindən istifadə edirəm. Axı tələbələri yüksək səviyyəli bədii əsərlərşeir, poema nəsr əsərləri əsasında tərbiyə etmək, onların zövqünü inkişaf etdirmək mümkündür.

 Müasir yazarlarməsələsi ilə əlaqədar demək istəyirəm ki, müasir dövrdə yaşamaq yazmaq hələ müasir əsər yazmaq demək deyildir. Məgər Nizami, Nəsimi, Füzuli, Vaqif, Sabir başqa şairlərimiz müasir deyilmi?

MənƏdəbiyyat qəzetini müntəzəm alır mütaliə edirəm. Orada dərc edilən materiallar yüksək keyfiyyətli olur, bu,  mənə xoş təsir bağışlayır. Lakin bunu bəzi şeir hekayələr haqqında demək çətindir. Ona görə tələbələrlə tədris-yaradıcılıq işi üçün S.Vurğun, M.Müşfiq, R.Rza, B.Vahabzadə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, İ.Əfəndiyev, S.Rəhman, Mir Cəlal, G.Hüseynoğlu, Anar bu kimi şair nasirlərin dolğun məzmunlu, müasir səslənən, tədrisin tələblərinə uyğun gələn şeir, poema hekayələrinə üstünlük verirəm.

– 2011-2012-ci tədris ili sizin həyatınızda uğurlu il kimi qalacaq. Buna səbəb isə düz 49 illik elmi axtarışlarınız pedaqoji təcrübəniz əsasında yazdığınızSəhnə danışığıdərsliyinin ərsəyə gəlməsidir. Azərbaycan dilində ilk dəfə qələmə alınmış bu dərslik həm biz müəllimlər, həm tələbələr üçün çox gərəkli vəsaitdir. Necə bilirsiniz, bir qərinə boyu görkəmli sənətkarlarRza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov başqaları ilə çiyin-çiyinə işləyən Ə.Quliyev üçün bu dərslik bir qədər gecikməyib ki?!

Əvvəlcə onu qeyd edim ki, hər hansı fənnə aid dərslik yazmaq mürəkkəb çətin işdir. Xüsusilə , “Aktyor sənəti”, “Rejissor sənətiSəhnə danışığıkimi daha çox praktik səciyyə daşıyan ixtisas fənlərinə dair dərsliyin yazılması olduqca məsuliyyətlidir. Görünür, bu səbəbdənSəhnə danışığıdərsliyi bir qədər gec işıq üzü görüb.

Doğrudur, bundan öncə görkəmli sənətkarımız, Xalq artisti Kazım ZiyaSəhnə dili haqqındaadlı əsər yazmışdır. Lakin 1947-ci ildə müzakirə təriqi ilə buraxılmış həmin kitabça öz dövrü üçün (elə indi ) müəyyən əhəmiyyətə malik olsa da, təəssüf ki, dərslik deyildir, həm müəllifin yazdığına görə o yalnız düzgün danışıq qaydalarını (orfoepiya) əhatə edir. “Səhnə danışığıisə təkcə orfoepiyadan ibarət deyildir. İkinci, “Səhnə danışığıdərsliyinin gec meydana gəlməsinin digər səbəbi bizdə bu sahədə təcrübənin olmaması ilə bağlıdır. 2011-ci ildə, gec olsa, nəhayət, aktyor rejissor hazırlığında mühüm əhəmiyyəti olanSəhnə danışığıdərsliyinin yazılıb çap edilməsi gələcəkdə bu sahənin inkişafına zəmin yaradacaqdır.

Dərsliyin gecikməsinin üçüncü səbəbi onunla əlaqədar müəllifin 35 adda əsas işlərinin (metodik göstərişlərin, elmi məqalələrin tərcümələrin) nəşrinə sərf olunan vaxtın uzun illər davam etməsidir.

Əzizağa müəllim, deyildiyinə görə siz bir müddət kafedra müdiri işləmisiniz. Bu sahədə sizin səmərəli dəyərli fəaliyyətiniz olmuşdur. Bilirəm ki, siz həddən artıq təvazökarsınız, gördüyünüz faydalı, gərəkli işlər haqqında danışmağı xoşlamırsınız. Ancaq Universitetimizin 90 illiyi ilə əlaqədar əhəmiyyətli olduğuna görə xahiş edirəm, bu barədə məlumat verəsiniz.

– “Səhnə danışığıkafedrasının müdiri vəzifəsində işlədiyim 12 il (1989-2001) mənim elmi, pedaqoji təşkilatçılıq fəaliyyətimdə xüsusi mərhələdir. Həmin dövrdə kafedrada 6 fənn tədris olunurdu. Lakin bu fənlər üzrə proqram çatışmırdı. Aydın məsələdir ki, əsasən, proqram olmadan fənni elmi cəhətdən düzgün tədris etmək mümkün deyildir. Ona görə o vaxt diqqətim ilk növbədə proqramların tərtibinə tərcüməsinə yönəldi. “Səhnə danışığı”, “Nitq mədəniyyəti”, “Danışıq texnikası”, “Natiqlik sənəti”, “Sözlə görməproqramları belə yarandı.

Elmi-tədqiqat yaradıcılıq-ifa işlərinə tələb artırıldı, onların işlənməsi qəbulu müəyyən sistemə salındı. Beləliklə, kafedrada fəaliyyət göstərmək üçün əlverişli şərait yaradıldı.

Belə bir şərait indi davam etməkdədir. Hazırda kafedra Universitetimizin 90 illik yubileyinə ciddi hazırlaşır bu münasibətlə planlaşdırdığı tədbirləri ardıcıl surətdə həyata keçirir. Kafedra müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent F.Atakişiyevanın təşəbbüsü, rəhbərliyi ilə, həm şəxsi vəsaiti hesabına UniversitetinAktyor sənətifakültəsində yaratdığı sərgi diqqətəlayiqdir. Bu münasibətlə keçirilən açılışda çıxış edən hörmətli rektorumuz, professor T.Əfəndiyev 1923- ildən başlayaraq son illərə qədər istər Teatr Məktəbində, istərsə ondan sonra ali məktəbdə, xüsusilə, Universitetdə fəaliyyət göstərmiş görkəmli sənətkarların, pedaqoqların həmin təhsil ocaqlarını bitirmiş aktyor, rejissor, teatrşünas mədəniyyət xadimlərinin, habelə dramaturqların, bəstəkarların başqalarının şəkillərindən ibarət təşkil olunmuş nəfis sərgiyə görə F.Atakişiyevanın zəhmətini yüksək qiymətləndirdi.

Bu fənni tədris edən bir müəllim olaraq sizdən öyrənmək istəyirəm. “Səhnə danışığıfənni üçün nəzəriyyə təcrübənin vəhdəti deməkdir?

– “Səhnə danışığı”, eləcə Aktyor sənətiRejissor sənətipraktik fənlər sırasına daxil olsa da, onların nəzəriyyəsi, elmi əsasları vardır. Həmin fənlərə dair rus dilində yazılmış saysız-hesabsız əsərlər, vəsaitlər bunu sübut edir. Artıq adı çəkilən fənlərin yalnız təcrübəyə (empirizmə) əsaslanan tədrisi arxada qalmışdır.

Səhnə danışığıfənnini tədris edərkən dərin nəzəri biliyə əsaslanmaq tələb olunur. Əks halda keçilən dərsin özfəaliyyət dərnəyindəki məşqdən heç bir fərqi olmayacaq. Ona görə bizdə dərs prosesində nəzəriyyə ilə təcrübənin vəhdətinə, xüsusilə, K.S.Stanislavskisisteminə əsaslanan tədris üsulu ilə professional aktyor rejissorların hazırlanmasına ciddi səy göstərilir.

Məlumdur ki, “Səhnə danışığıiləAktyor sənətiarasında sıx bağlılıq var. Onların biri olmadan o birini təsəvvür etmək mümkün deyildir. Buna sizin münasibətiniz necədir? Aktyor sənətini bilmədənSəhnə danışığıfənnindən dərs demək mümkündürmü?

SizSəhnə danışığıfənninin tədrisi ilə əlaqədar çox ciddi bir məsələyə toxunursunuz. Sualınıza cavab vermək üçün həmin fənnin görkəmli mütəxəssisi olmuş, professor Y.F.Sariçevaya müraciət etmək istərdim. O yazırdı: “Səhnə danışığının tədrisi elə bir ixtisas olmuşdur ki, o, müəllimdən yalnız səsin qurulması sahəsində yox, həm dilçilik, orfoepiya, loqopediya, dialektologiya sahəsində geniş bilik tələb edir. Onun hələ aktyor sənətinin əsasları ilə konkret tanışlığını demirik”. Mən Səhnə danışığıfənninin tədrisiniaktyor sənətindən ayrı təsəvvür etmədiyimə görə uzun illərin gərgin zəhməti, yaradıcılıq axtarışlarının nəticəsi olaraqVospitaniye aktyora şkolı Stanislavskoqo” (Q.Kristi) fundamental dərs vəsaitini dilimizə tərcümə etdim. Həmin kitabStanislavski məktəbi əsasında aktyor tərbiyəsiadı altında görkəmli sənətkarımız, professor Mehdi Məmmədovun redaktorluğu ilə 1979-cu ildəMaarifnəşriyyatında çap edildi. Həmin kitab indi Aktyor sənətifənninin tədrisi öyrənilməsi baxımından müəllim tələbələrin əlində yeganə nadir dərs vəsaitidir.

Sizi C.Cabbarlı ilə bağlı tədbirlərin birində onunMəhkum Şərqəşeirini ifa edərkən gördüm. Tamaşaçılar sizi ayaq üstə alqışladılar. Düzü, sizi dərslərdə mətn üzərində prosesi zamanı tələbəyə göstəriş verərkən görmüşdüm. Amma çoxdan idi ki, belə gurultulu alqış eşitməmişdim. Çox maraqlıdır, bu sənətin həm nəzəriyyəsi ilə, həm təcrübəsi ilə məşğulsunuz. Nədən aktyor ya bədii qiraətçi olmadınız?

Mən Teatr İnstitutunda kino dram ixtisası üzrə təhsil alarkən gələcəkdə səhnədə rollar oynamaq həvəsi ilə yaşayırdım. Lakin III kursa çatanda fikrim dəyişdi. Qərara gəldim ki, “Səhnə danışığıfənninin tədrisi ilə məşğul olum, həmin fənnə dair araşdırmalar aparım. Çünki o dövrdə səhnə danışığı tədqiq olunmamışdı; K.ZiyanınSəhnə dili haqqındakitabçası bu sahəyə aid çap edilmiş yeganə əsər idi. Hətta Azərbaycan dilində fənnin proqramı da çap edilməmişdi. Beləliklə, mən şüurlu surətdə bu yolu tutdum Moskvada səhnə danışığı üzrə pedaqoji aspiranturaya daxil oldum. O vaxtdan indiyə qədərSəhnə danışığıfənninin tədrisi, metodikası ilə, onun tədqiqi araşdırılması ilə məşğul oluram.

Digər tərəfdənbir əl ilə iki qarpız tutmaq olmaz”. İstər aktyorluqla, istərsə bədii qiraət sənəti ilə məşğul olmaq, eyni zamandasəhnə danışığıkimi mürəkkəb bir fəndən istənilən səviyyədə dərs demək mənə çətin görünür. Düzdür, bunların arasında yaxınlıq var. Lakin çoxlu vaxt tələb olunur. Çatdırmaq olmaz. Ona görə mən bir yolda layiqincə fəaliyyət göstərməyə, teatr təhsili üçün faydalı işlər görməyə, yüksək səviyyəli aktyor rejissor kadrları yetişdirməyə üstünlük verdim.

İnsanın keçmişi onun bu gününə gələcəyinə bələdçilik edir. Yəni onu dəyişməyə qoymur. Amma insanların əksəriyyəti nəyinsə naminə dəyişir, öz əqidələrinə, məsləklərinə sadiq qalmır. 20 ilə yaxındır ki, sizi tanıyıram. Əzizağa müəllim heç dəyişmədi. Həmişəki kimi doğru, cəsarətli, ədalətli. Dəyişməmək üçün çoxmu əziyyət çəkdiniz?

Mənim haqqımdadoğru”, “cəsarətli”, “ədalətlisifətlərini işlətdiyinizə görə təşəkkür edirəm. Öz əqidəsinə, məsləkinə sədaqət insanın iradəsi, mənəvi təmizliyi ilə sıx bağlıdır. Bir nəfsi-əmmarədən (əmredici nəfsdən) uzaq olmaq lazımdır. Dəyişməmək,  pis yola yuvarlanmamaq üçün yuxarıda deyilənlərə əməl etmək lazımdır. Çətinliklə olsa da.

Ekrana, efirə çıxan insan birinci növbədə xalqa hörmət qoymalıdır. Elmin, texnikanın, bilim bazar iqtisadiyyatının inkişafı ilə əlaqədar kim istəyirsə, veriliş açır, efirə çıxır, necə deyərlər, millətə əxlaq, mənəviyyat dərsləri keçir. Bu, öz işləridir. Bəs efirə çıxanların danışığı? Əksəriyyəti ədəbi tələffüz qaydalarına riayət etmir, miqdar sayından sonra cəm şəkilçisi işlədir, orfoepik normaları pozur, yerli şivədə danışır.

Düşünürəm ki, xalqın minillik yaddaşı olan dilini korlamağa heç kimin haqqı yoxdur. Bir mütəxəssis kimi bunun qarşısının alınması üçün təklif edərdiniz?

Qaldırdığınız problemlərin həlli vacibdir. Efirə çıxanların danışığındakı müxtəlif xarakterli qüsurların mövcud olması əksər ziyalılarda olduğu kimi məndə narahatlıq doğurur. Demək olar ki, gündəlik söhbətlərimizdə biz bu məsələyə toxunur, fikir mübadiləsi aparırıq. Xüsusilə, bəzi televiziya aparıcılarından bir qisminin nitqindəki qüsurlarsözlərdə heca vurğularının, cümlədə məntiqi vurğuların qoyuluşunda, Azərbaycan dilinin intonasiyası baxımından buraxılan nöqsanlar; orfoepik tələffüzə əməl etməmək bir yana, yerli şivə ünsürlərinə yol verilməsi, bəzi hallarda isə nəfəsdən düzgün istifadə edilmədiyinə görə cümlənin axıradək aydın tələffüz olunmaması, çox vaxt isə mətnin qaçaraq deyilməsi halları baş alıb gedir. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqındaAzərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli Sərəncamında deyilir: “Dilin böyük ictimai-siyasi hadisə mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır”. HalbukiBu gün onun qorunması qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur”.

O ki qaldı dilin korlanmasının qarşısının alınmasına, təklif edərdim ki, düzgün danışıq nitq mədəniyyətinə aid praktik əhəmiyyəti olan əsərlər, vəsaitlər yazılsın.

Televiziya ekranında yaxşı danışmaq üçün yalnız orfoepiya qaydalarını bilmək azdır. Aparıcının nəfəsi səsi qurulmalı, o, aydın təmiz danışıq (diksiya) vərdişlərinə yiyələnməli, məntiqi vurğu, qrammatik məntiqi fasilələri nəzəri praktik cəhətdən mənimsəməlidir. Yaxşı olardı ki, bizim universitetdə aparıcılar üçünSəhnə danışığıkafedrasında kurslar açılsın.

Hər bir kəsin həyatında yanlışlar doğrular var. Bu həyatdır, mübarizədir. Hər kəsin öz həqiqəti var. Amma bəzən insan bütün etdiklərinə haqq qazandıra-qazandıra haqdan uzaqlaşır. Elə olubmu ki, üzünüzü çevirib arxaya baxanda hansısa səhvinizə görə vicdanınız sizi narahat edib. Nəyisə etiraf etməli olmusunuz?

Həqiqətin bir üzü var. İki dəfə iki dörd eləyir. Bu həqiqəti bütün bəşəriyyət qəbul edib. O ki qaldı bütün etdiklərinə haqq qazandıra-qazandıra haqdan uzaqlaşanlara, görünür, onlar iki dəfə ikinin dörd olduğunu yox, ya beş, ya da üç olduğunu qəbul edirlər. Buna isə həqiqət demək olmaz.

Hər bir insanın həyatında olduğu kimi mənim həyatımda müəyyən səhvlər yox deyildir. Lakin həmin səhvlər nəticəsində başqası deyil, özüm əzab çəkmişəm. Ona görə nəyi isə etiraf etməyə lüzum qalmayıb.

Əzizağa müəllim, siz 50 ildir ki, Azərbaycan teatrı üçün aktyor rejissor kadrları yetişdirirsiniz. “Tələbələrinizin arasında fəxri adlara, mükafatlara s. layiq görülənlər kifayət qədərdir. Hələ vəzifə tutanları demirəm. Onların yetişməyində sizin böyük əməyiniz var. Maraqlıdır, tələbələriniz xidmətlərinizi dəyərləndirirlərmi?

Mənim istedadlı tələbələrim çox olub. Xalq artistlərindən C.Əkbərovu, Ş.Məmmədovanı, R.Novruzovu, R.Hüseynovu, Z.Ağakişiyevanı, Qabil Nurəddin Quliyevləri, S.Quliyevanı; əməkdar artistlərdən Q.Məmmədovanı, K.Abdullayevi, R.İbrahimovu, A.Məmmədovu, Ə.Nurzadəni, M.Xanlarovanı, Ə.Əliyevi, E.Cəbrayılovu, T.Əliyevanı, B.Sevdiyevanı, E.Rüstəmovu, Q.İsmayılovu başqalarını qeyd edə bilərəm.

Tələbələrimdən bir çoxu öz taleyini pedaqoji fəaliyyətə bağlamışdır. Onlardan sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent K.Mehdiyeva, dosent N.Hüseynov, müəllim Ə.Mirzəyev mənimlə birlikdəSəhnə danışığıkafedrasında səmərəli fəaliyyət göstərirlər.

Professor M.Manafova universitetin elm yaradıcılıq işləri üzrə prorektoru, dosent Q.Məmmədova isə kütləvi tamaşalar rejissoru kafedrasının müdiri vəzifələrində çalışırlar.

Tələbələrimin mənim xidmətlərimi dəyərləndirməyinə gəldikdə deməliyəm ki, onların mənə olan hörməti məhəbbətindən çox razıyam. Bunu demək olar ki, mən hər gün hiss edirəm. Mənə qaldıqda hər dəfə tələbələrimin uğurunu eşitdikdə gördükdə sevincimin həddi-hüdudu olmur.

İlk dəfə tələbə auditoriyasına sizin assistentiniz kimi qədəm qoymuşam. Necə deyərlər, əlinizdən su içmişəm. Bu gün auditoriyaya daxil olanda çiyinlərimdə ağır bir yük hiss edirəm. Mənə elə gəlir ki, bu, sizdən mənə keçib. Bunun adı məsuliyyətdir. Mənim kimi çox müəllimlərin formalaşmağında əməyiniz olub. Bizə arzunuz?

Pedaqoji fəaliyyətlə məşğul olanlara mənim arzum-istəyim budur ki, onlar yaxşı müəllim olmağa çalışsınlar, tələbələrin sevimlisinə çevrilsinlər. Bunun üçün bir neçə şərtə əməl etmək lazımdır. Məlumdur ki, tələbələr eyni səviyyəli olmurlar. Onların davranışı, mədəniyyəti bir-birindən fərqlənir. Müəllim, vəzifəsinə uyğun olaraq səbr, dözüm nümayiş etdirməlidir. Axı o, eyni zamanda tərbiyəçidir. Bundan başqa müəllim tədris etdiyi fənnin (bizdəSəhnə danışığı”) metodikasını daim təkmilləşdirməli, onun nəzəri problemlərinin, elmi əsaslarının dərindən öyrənilməsini davam etdirməyə xüsusi fikir verməlidir.

Bir məsləhətim bu olardı ki, müəllim hər dərsə məsuliyyətlə hazırlaşmağı unutmamalıdır. İnanıram ki, bizim müəllimlər qarşıdan gələn Universitetin 90 illik yubileyini böyük uğurlarla qarşılayacaqlar.

Zülfiyyə ELDARQIZI,

Sənətşünaslıq üzrə
fəlsəfə doktoru

 





14.12.2012    çap et  çap et