525.Az

Tsipras: “Yunanıstandakı böhran bütün Avropaya toxuna bilər”


 

Tsipras: “Yunanıstandakı böhran bütün Avropaya toxuna bilər”<b style="color:red"></b> Kreditorlarla danışıqlar uğursuzluqla nəticələnsə, böhran bütün Avropaya toxuna bilər.
 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras bəyan edib.
 
“Bu tək Yunanıstanın savaşı deyil. Bu savaşın bütün Avropa xalqlarına, Avropanın gələcəyinə aidiyyatı var. Yalnız Yunanıstanın çətin vəziyyətə düşəcəyini düşünənlər yanılırlar. Avropanı bölməyə cəhd edənlər böyük səhv edirlər”, deyə A.Tsipras bildirib.
 
Bununla belə, baş nazir ədalətli qərarların yaxınlaşdığından nikbinliyini ifadə edib.
 
Qeyd edək ki, Yunanıstan Beynəlxalq Valyuta Fonduna olan 1,4 milyard avroluq borcun 300 milyonunu iyunun 5-dək ödəməli idi.
 





06.06.2015    çap et  çap et