525.Az

Daha bir neçə rayonun prokuroru dəyişdirilib


 

Daha bir neçə rayonun prokuroru dəyişdirilib<b style="color:red"></b>

Daha bir neçə rayonun prokuroru dəyişdirilib.

APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakının Nəsimi rayon prokuroru Aqşin Ziyadov tutduğu vəzifədən azad edilərək paytaxtın Nizami rayonuna prokuror təyin edilib.
 
Baş Prokurorun digər əmri ilə Ağsu rayon prokuroru Salman Məmmədli Bakının Nəsimi rayon prokuroru vəzifəsinə təyinat alıb.
 
Ağsu rayon prokuroru vəzifəsinə isə hələlik təyinat yoxdur.
 
Qeyd edək ki, Aqşin Ziyadov mərhum yazıçı Yusif Səmədoğlunun kürəkənidir.

 





14.12.2012    çap et  çap et