525.Az

Türkiyə "Eurovision"dan imtina etdi


 

Türkiyə "Eurovision"dan imtina etdi<b style="color:red"></b> Türkiyə 58-ci Eurovision musiqi yarışmasına qatılmaqdan imtina edib.

525.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, TRT bununla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada imtinanın səbəbi müsabiqədə baş verən haqsızlıqlar və qaydalar göstərilib. Belə ki, əvvəllər qalib ancaq izləyicinin verdiyi səslər əsasında seçilirdi. 2011-ci ildən sonra 50 faiz səsvermə hüququ münsiflər heyətinə həvalə olunub. 

TRT 2003-2010-cu illərdə Türkiyə təmsilçilərinin nəticələrinin daha yüksək olduğunu əsas gətirərək, yeni qaydaların təsirsiz ötüşmədiyini bəyan edib.

Beləliklə, Türkiyə 2013-cü ildə İsveçin Malmö şəhərində keçiriləcək Eurovision yarışmasında iştirak etməyəcək.
 





14.12.2012    çap et  çap et