525.Az

Nemtsovun adına sayt açıldı


 

Nemtsovun adına sayt açıldı<b style="color:red"></b>

Rusiyanın tanınmış müxalif siyasətçisi Boris Nemtsovun qətlə yetirilməsinin 100-cü günündə ona həsr olunan nemtsov2015.ru saytı fəaliyyətə başlayıb.

Modern.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda Dövlət Dumasının deputatı, layihənin təşkilatçılarından biri olan Dmitri Qudkov məlumat verib.

Saytın digər təşkilatçıları arasında siyasətçilər, jurnalistlər, ictimai xadimlər – İrina Xakamada, Leonid Parfyonov, Vladimir Rıjkov, İlya Yaşin, Dmitri Muratov, Dmitri Neçaev, Maksim Kats, Valeri Zubov, Timofey Dzyadko və Yevgeni Qontmaxer də var.

Boris Nemtsov fevral ayının 27-də gecə Kremlin yaxınlığında qətlə yetirilib.

 





08.06.2015    çap et  çap et