525.Az

ABŞ-ı ağladan faciə: 20 uşaq öldürüldü ( Video)


 

ABŞ-ı ağladan faciə: 20 uşaq öldürüldü<b style="color:red"> ( Video)</b> ABŞ-da orta məktəbdə baş verən faciə bütün ölkəni yasa bürüyüb.

525.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Konnektikut ştatının Nyutaun şəhərində 5-10 yaşlı uşaqlara təhsil verən məktəbə silahla basqın edən 20 yaşlı Rayan Lansa əvvəlcə hamının gözü qarşısında bu məktəbdə dərs deyən anasını öldürüb. Daha sonra iki silahla atəş açaraq 20-si uşaq olmaqla, 26 nəfərin həyatına son qoyub.

Polisin verdiyi məlumata görə, başdan ayağa qara geyinib, üzünə maska taxan Lansa uzun müddətdir anasıyla ciddi problemlər yaşayırmış. Şahidlər silahlının 100-dən çox atəş etdiyini bildiriblər.

Özünü də öldürən qatilin məktəbə gəlmədən öncə evdə atasını da öldürdüyü məlum olub. Həmin vaxt məktəbdə olan 600 uşaq təhlükəsizlik tədbirləri ilə binadan çıxarılıb. Atışmada məktəbin direktoru və psixoloqu da həlak olub.

Faciəni eşidən ailələr məktəbin qabağında izdiham yaradıblar...


 





15.12.2012    çap et  çap et