525.Az

Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçiriləcək


 

Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçiriləcək<b style="color:red"></b>

Dekabrın 17-də Brüsseldə Avropa Birliyi-Azərbaycan Əməkdaşlıq Şurasının 13-cü iclası keçiriləcək.

APA-nın AB mətbuat xidmətinə istinadən xəbərinə görə, iclas çərçivəsində tərəflər Azərbaycan-AB əməkdaşlığının müxtəlif istiqamətlərini, o cümlədən “Avropa Qonşuluq Siyasəti” və “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlığı müzakirə edəcəklər.
 
Toplantıda AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle də iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə isə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.
 
Qeyd edək ki, AB-Azərbaycan Əməkdaşlıq Şurasının iclası ildə bir dəfə Brüsseldə keçirilir. Şiranın 12-ci iclası ötən ilin noyabr ayında keçirilib.
 
Dekabrın 17-də Brüsseldə AB-Ermənistan Əməkdaşlıq Şurasının, dekabrın 18-də isə AB-Gürcüstan Əməkdaşlıq Şurasının iclasları da keçiriləcək. AB-Ermənistan Əməkdaşlıq Şurasının iclasında tərəflər arasında əməkdaşlıq və tərəfdaşlıq sazişinə Ermənistanın AB proqramlarında iştirakına dair protokol imzalanacaq.

 





15.12.2012    çap et  çap et