525.Az

Bakıda ayaqları sındırılmış qadın meyiti tapılıb


 

Bakıda ayaqları sındırılmış qadın meyiti tapılıb<b style="color:red"></b> Bakıda üzərində xəsarətlər olan qadın meyiti tapılıb.

Qaradağ rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ələt qəsəbəsində yerləşən dəmir yolu stansiyasının ərazisində, hasarın kənarında qadın meyiti tapılıb. İlkin baxış zamanı qadının tüfeyli həyat tərzi keçirdiyi və üzərində, xüsusi ilə də ayaq nahiyəsində sınıqlar aşkarlanıb.
 
Sonrakı araşdırmalar nəticəsində ölən qadının 1947-ci ildə Ukraynada anadan olmuş Anna Petrova olması müəyyən edilib. Bəlli olub ki, 65 yaşlı qadın xeyli müddət əvvəl evdən çıxıb və köhnə tikililərdə yaşayırmış. Hazırda onun döyülərək öldürülməsi və ya hasardan yıxılaraq ölməsi ehtimalları araşdırılır.
 
Araşdırmalar davam etdirilir
 





15.12.2012    çap et  çap et