525.Az

"Mühteşem Yüzyıl" bitir- (VİDEO)


 

"Mühteşem Yüzyıl" bitir- <b style="color:red">(VİDEO)</b> Türkiyədə baş nazir səviyyəsində tənqid olunandan sonra "Mühteşem Yüzyıl"ın sona çatması haqqında xəbərlər yayılmağa başlayıb.

Serialın əvvəl yeni ilin əvvəlində bitəcəyi deyilsə də, indi iddialara görə bu iyun ayında baş verəcək. "Mühteşem yüzyıl"ın rejissoru Timur Savcı keçən il serialın ömrünün 4 il olacağını demişdi. Ancaq baş verən son hadisələrdən snra müddət bir il qısaldılıb.

Əvvəlki kimi intim səhnələrə yer verməyən, qadın personajların daha qapalı geyinməyə başladığı serialda qarşıdakı seriyalarda döyüş səhnələrinə daha çox yer ayrılacağı gözlənilir.

525.az-ın məlumatına görə, serialın növbəti bölümü dekabrın 19-da efirə çıxacaq

 





15.12.2012    çap et  çap et