525.Az

Tiflisdə NATO-nun konfransı keçirilir


 

Tiflisdə NATO-nun konfransı keçirilir<b style="color:red"></b> Tiflisdə NATO-nun təşkilatçılığı ilə “Strateji hərbi tərəfdaşlıq” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda NATO-ya üzv və tərəfdaş ölkələrin silahlı qüvvələrinin baş qərargah rəisləri, səlahiyyətli nümayəndələri və ekspertlərdən ibarət 60-dan çox ölkə iştirak edir.
 
Tədbirin açılışında NATO transformasiya birləşmiş qüvvələrinin komandiri, Fransa Hava Qüvvələrinin generalı Jan-Pol Palomeros, Gürcüstanın müdafiə naziri Tina Xidaşeli və digər rəsmi şəxslər çıxış edib. Sonra NATO-nun rəhbər şəxsləri və üzv ölkələrin baş qərargah rəislərinin strateji məsələlər barədə məruzələri dinlənilib.
 
Tədbirdə Azərbaycanı Müdafiə Nazirliyinin yüksək çinli zabitləri təmsil edir.
 
Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq əməkdaşlıq idarəsinin zabiti, mayor Ramin Şükürov jurnalistlərə açıqlamasında tədbirdə tərəfdaş ölkələr arasında hərbi əməkdaşlığın perspektivləri, transformasiya məsələləri, hərbi və başqa əməliyyatlarda birgə iştirakın yolları, eləcə də NATO-ya üzv ölkələrdən daxil olan rəy və təkliflərin müzakirə olunduğunu bildirib.
 





09.06.2015    çap et  çap et