525.Az

Diyarbəkirdə toqquşma: 4 ölü


 

Diyarbəkirdə toqquşma: 4 ölü<b style="color:red"></b>

Türkiyənin Diyarbəkir şəhərində baş vermiş qarşıdurmada 4 nəfər ölüb.

APA-nın yerli mətbuata istinadən verdiyi xəbərə görə, ölənlər arasında “Yeni Ihya” dini yardım təşkilatının  (İlim Hizmet Yardımlaşma ve Araştırma Derneği) Diyarbəkir şöbəsinin rəhbəri Aytac Baranın da olduğu bildirilir.

Məlumata görə, o təşkilatın ofisi qarşısında silahlı hücuma məruz qalıb. Aldığı dörd güllə yarasından xəstəxanada keçinib.

Məlumatlara görə, qeyd olunan təşkilat və PKK tərəfdarları arasında son zamanlar qarşıdurmalar müşahidə olunub.   
 
Digər  üç nəfərin hücumdan sonra baş vermiş iğtişaşlar zamanı öldürüldüyü qeyd olunur.  “Yeni Ihya” təşkilatının saytında dərc olunmuş məlumata görə, təşkilat hadisəyə görə məsuliyyəti PKK üzərinə qoyub.

Aytac Baranın vəkili Orxan Abdulqani qətldə PKK tərəfdarlarını ittiham edib.
 
Qeyd edək ki PKK ilə əlaqəli YDG-H qruplaşması Twitter səhifəsində  ittihamları təkzib edərək baş vermiş hadisəni təxribat adlandırıb.
 
Toqquşmalarda bir polis və iki jurnalistin yaralandığı bildirilir.

 





10.06.2015    çap et  çap et