525.Az

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"


 

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil"<b style="color:red"></b>

"Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtı hələlik məlum deyil. Biz hər iki ölkənin paytaxtına səfər edəcəyik və bu bizim müzakirə edəcəyimiz məsələlərdən biridir".

APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
 
C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: "Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək".
 
Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.

 





10.06.2015    çap et  çap et